Ekosistem yanaşmalı yeni məhsul xətti şirkətlərə öz bizneslərini kiberhücumlardan qorumağa, onun sabitliyini dəstəkləməyə və tənzimləyici tələblərinə uyğunluğu təmin etməyə kömək edir
Xeberler.az məlumat verir ki,Kaspersky biznesin hərtərəfli müdafiəsi üçün özünün yeni Kaspersky Symphony məhsul xəttini təqdim edib. Burada informasiya təhlükəsizliyinə ekosistem yanaşması həyata keçirilib. Məhsul bir-birinə sıx inteqrasiya olunmuş məhsulların xüsusi dəstlərinə malik dörd səviyyədən ibarətdir. Ən yüksək səviyyə özündə XDR (Extended Detection and Response) – mürəkkəb kibertəhdidlərin müəyyən edilməsi və onlara cavab verilməsi üzrə genişləndirilmiş sistem - sinfindən olan hərtərəfli qoruma həllərini ehtiva edir. Bu, Azərbaycan bazarında yerli quraşdırmalar üçün nəzərdə tutulmuş ilk bu cür həlldir.
Kaspersky Symphony-yə bu səviyyələr daxildir: Kaspersky Symphony Security – fiziki və virtual son cihazların fundamental müdafiəsi; Kaspersky Symphony EDR – şəxsi kibermüdafənin qurulması üçün təhdidlərin aşkarlanması və onlara cavab verilməsi üzrə qabaqcıl sistem; Kaspersky Symphony MDR – əsas EDR funksiyalarına malik idarə edilə bilən mütəxəssis qoruması (MDR); Kaspersky Symphony XDR – şirkətin XDR formatında hər şey daxil kibertəhülkəsizliyi.
Kaspersky Symphony XDR-in əsasında EDR və EPP sinfinin müstəqil mütəxəssislərdən müntəzəm olaraq ən yüksək qiymətləri alan, təhlilçi və istifadəçilər tərəfindən tanınan sınaqdan keçmiş həlləri dayanır. Onları son nöqtələrin müdafiəsindən kənar çalışan digər güclü İT məhsulları tamamlayır. Məhsul xəttinin bu səviyyəsinin digər bir özəlliyi özündə əməkdaşların kibersavadının artırılması üçün platforma (Kaspersky Automated Security Awareness Platform) və təhdidlərin qlobal təhlilini (Kaspersky Threat Intelligence) ehtiva etməsidir. Bu səviyyədəki məhsullar toplusu təşkilatlara ən mürəkkəb kibertəhdidlərə qarşı qoymağa kömək edir.
Kaspersky Symphony XDR iqtisadiyyatın istənilən sahəsini təmsil edən şirkətlər üçün uyğundur, amma onun funksiyaları ən çox maliyyə təşkilatları, dövlət qurumları, telekommunikasiya şirkətləri və kritik informasiya infrastrukturu (Kİİ) subyektləri üçün aktualdır. Onlar şaxələnmiş İT infrastruktura malikdirlər və tez-tez mürəkkəb hədəfli hücumların hədəfinə çevrilirlər.
Məhsul xəttinin bütün səviyyələri biznesin kibertəhlükəsizlik sahəsində əsas tapşırıqlarını həll etməyə qadir Kaspersky məhsullarından ibarətdir. Bununla belə, Kaspersky Symphony XDR mövcud İT həlləri ilə inteqrasiyanın mümkünlüyünü istisna etmir və bununla da əvvəllər qoyulmuş investisiyaları saxlamağa kömək edir.
Ekosistem inkişafdadır: planda yeni çarpaz məhsul ssenarilərinin təqdimatı, bulud çatdırılması dəstəyi, Brain4net şirkətinin əldə edilməsi sayəsində SASE* konsepsiyasının daxil edilməsi var.
“Qeyd edirik ki, müasir şirkətlər kibertəhülkəsizlik məsələlərinə daha kompleks yanaşmağa başlayıb. Bununla əlaqədar ekosistem İT həlləri populyarlıq qazanır ki, bu zaman bütöv infrastrukturun müdafiəsini eyni satıcının bir-biri ilə sinxronlaşdırılmış məhsulları təmin edir. Bu sistemi idarə etmək asandır və bütün məsələləri bir pəncərə rejimində həll etmək mümkündür”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. “Bu yanaşma insidentlərin aşkarlanması və onlara cavab verilməsinə sərf edilən orta vaxt müddətini azatlmağa kömək edir, mütəxəssislərin işini asanlaşdırır və resursları strateji tapşırıqlarının həlli üçün azad edir ki, bu da biznesin ümumi vəziyyətinə müsbət təsir göstərir”.
Kaspersky Symphony haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
* SASE (Secure Access Service Edge) - əməkdaşların şəbəkə resurslarına tez və təhlükəsiz çıxışını təmin etmək üçün müdafiə vasitələrinin və şəbəkə texnologiyalarının vahid provayderinin təqdim etdiyi bulud xidmətləri paketində təchiz edildiyi şəbəkə təhülkəsizliyi modeli.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri