Previous Next
Bağla

Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

07-06-2019 12:07
Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

İyirmi ildən artıqdır ki, “Kaspersky Lab” dünyanı kibertəhlükələrdən qoruyur, istehlakçılara ən yaxşı müdafiə həllərini təqdim edir.

Lakin, qloballaşma və rəqəmsallaşma dünyanı dəyişib və biz artıq antivirus laboratoriyası deyilik. Biz, əsasında qabaqcıl yeniliklər, çoxillik təcrübə və kibertəhlükələrin yüksək səviyyəli təhlili duran, geniş innovasiyalı portfeli və xidmətləri olan qlobal texnoloji liderə çevrilmişik.

Bizim rebrendinq bu dəyişiklikləri özündə əks etdirir. "Biz təhlükəsiz dünya qururuq" - yeni loqo və yeni missiya gələcəyi daha etibarlı və şəffaf etmək arzusunu vurğulayır. Bu texnologiyalar hər kəs üçün sonsuz imkanlar açır, çünki biz onların qorunmasını təmin etmişik.

Rebrendinq - biznes strategiyamızın dar kibertəhlükəsizlik sahəsindən başlayaraq geniş konsepsiyalı "kiberimmunitetin" qurulmasına qədər təkamülün məntiqi mərhələsidir. Müasir dünyada texnologiyalar insanları birləşdirir və sərhədlər aşır, artıq dünyanı onlarsız təsəvvür etmək mümkün deyil. Buna görə də, kibertəhlükəsizlik ancaq fərdi qurğuların və platformaların qorunmasını deyil, şəbəkəyə çıxışı olan rəqəmsal qurğuların şərtsiz qorunmasını təmin edən ekosistemin yaradılması deməkdir.

“Kaspersky Lab” bu dəyişikliklərin mərkəzindədir və sənayenin ən vacib oyunçularından biri olaraq, ümumi gələcəyimizi müəyyən edəcək yeni yüksək standartlara uyğun kibertəhlükəsizliyin inkişafında fəal iştirak edir.

"Biz şirkətin əsasını 22 il öncə qoyduq. O zamandan bəri həm kibertəhdidlərin mənzərəsi, həm də sənayenin özü çox dəyişib. Həyatımızda texnologiyanın rolu sürətlə artır. Bu gün dünyaya yaxşı antivirusdan daha çox şey lazımdır. Rebrendinq bizə bu yeni tələblərə cavab verməyə hazır olduğumuzu bildirməyə kömək edir. Dünyanı kiber təhdidlərdən qoruyan nəailiyyətlərimizdən istifadə edərək, kiber təhlükələrə qarşı davamlı bir dünya qura bilərik. Hər kəsin texnologiyaların imkanlarından istifadə edə biləcəyi bir dünya" – bunu "Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperskiy rebrendinqi şərh edərkən deyib.

Rebrendinq çərçivəsində “Kaspersky Lab” əsas dəyərlərini və missiyasını daha yaxşı ifadə etmək üçün vizual stilini yeniləyib. Loqonun üzərində yazılar həndəsi, dəqiq riyazi hərflərlə hazırlanıb - bu, “Kaspersky Lab” şirkətinin başlanma tarixindən indiyə kimi davam edən yüksək mühəndislik ruhu və səviyyəli proqram təminatının yaradılmasını əks etdirir. Həmçinin loqoda “lab” sözü artıq yoxdur.

“Kaspersky Lab” şirkətinin Rusiya üzrə marketinq idarəsinin rəhbəri Oleq Qudilin brendin dəyişilməsi tarixini danışıb:

“Öncəki loqonu 1997-ci ildə yaratmışdıq. O zaman biz yunan əlifbasından və kiçik detallardan istifadə etmişdik. Bir çoxları onu oxumaqda çətinlik çəkirdilər. O zamandan bəri loqo bir neçə dəfə dəyişilsə də, onun əsası toxunulmaz olaraq qalmışdı. Yeni loqomuz həndəsi, dəqiq riyazi rəqəmlər formasında qurulub, onun əsasında isə bizim dəyərlərimizdən biri olan ən yüksək səviyyəli mühəndislik məktəbi əks olunub. Daha bir gözəçarpan yenilik isə “Lab” sözünün olmamasıdır. Həqiqətən də, daha asan, daha qısa və daha aydın oldu.

Daha dərindən təhlil etsək, məqsədimiz - yaşından, biliklərindən və həyat tərzindən asılı olmayaraq, hər kəs üçün texnologiyaları əlçatan və asan etməkdir. Beləliklə, biz yalnız vizual stili dəyişmirik, bu addımla bütün şirkət, məhsullarımız, xidmətlərimiz və dünyagörüşümüz dəyişir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Bu  proqram şifrənin təhlükəsizliyini yoxlayır

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017
 Kaspersky Lab-ın baş direktoru Bakıda olub

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017
İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018
“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020
Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016
Kaspersky Lab Azərbaycan hüquq-mühafizə orqanlarına yardım edə bilər

Kaspersky Lab Azərbaycan hüquq-mühafizə orqanlarına yardım edə bilər

12-07-2016
Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə