Previous Next
Bağla

Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib

19-08-2021 20:02
Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramına seçimlər başa çatdı. Qeydiyyatdan keçən 400-ə yaxın namizəddən müsahibə əsasında 30 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazandı.

Xeberler.az bildirir ki, seçilən namizədlərlə Məlumat Hesablama Mərkəzinin rəhbərliyi arasında görüş keçirildi. Görüş zamanı təcrübə proqramının iştirakçıları üçün yaradılan şərait haqqında məlumat verildi, onlardan gözlənilən hədəflər diqqətə çatdırıldı. Bildirildi ki, dünyada, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik ən aktual məsələyə çevrilib. Buna görə də sözügedən sahədə yerli mütəxəssislərin hazırlanması, onların peşə vərdişlərinin təkmilləşdirilməsi Məlumat Hesablama Mərkəzi üçün prioritetlərdəndir.

Görüş zamanı iştirakçılar bildirdilər ki, mentorların köməyi və yaradılan iş mühiti onların kibertəhlükəsizlik üzrə mütəxəssis kimi yetişməsində mühüm rol oynayacaq. Bundan əlavə, təcrübə proqramı müddətində iştirakçılar bir-biriləri ilə bilik mübadiləsi aparacaqlarını da düşünürlər.

Qeyd edək ki, iştirakçılar əsasən kiberhücumların simulyasiyası ilə bağlı praktiki biliklərə yiyələnəcəklər. Bununla yanaşı, vaxtın idarə edilməsi, effektiv komanda işi kimi bacarıqların formalaşdırılması təlimlərində də iştirak edəcəklər. Təcrübə proqramında praktiki məşğələlər 2 ay davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MHM-in Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir

23-07-2021

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

Kibertəhlükəsizlik Laboratoriyasının ilk təlim proqramı uğurla başa çatıb

24-09-2021

MHM-də Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb

16-07-2021

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

08-05-2017

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

“Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransına bir ay qaldı

22-08-2023

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək

24-10-2023

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

27-07-2016

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025

Peşəkar video mütəxəssisləri və blogerlər hazırlanacaq

13-09-2018

Bakcell təcrübə proqramı elan edib

15-05-2018

“IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır

11-06-2025

Hackathon müsabiqəsinə start verildi

11-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə