Previous Next
Bağla

Kibertəhlükəsizlik Laboratoriyasının ilk təlim proqramı uğurla başa çatıb

24-09-2021 18:10
Kibertəhlükəsizlik Laboratoriyasının ilk təlim proqramı uğurla başa çatıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) nəzdində fəaliyyət göstərən Kiberhücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramı yekunlaşıb.

Xeberler.az məlumat verir ki, təcrübə proqramının başa çatması ilə əlaqədar MHM rəhbərliyi və proqram iştirakçıları arasında görüş keçirilib. Görüşdə MHM-in direktor vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov, direktor müavini İnarə Vəliyeva, eləcə də qurumun İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Sadiq Yolçuyev iştirak ediblər.

Gəncləri təbrik edən Elxan Əzizov əldə olunan bilik və bacarıqlara diqqət çəkərək təcrübə proqramının uğurlu karyera qurulmasında oynayacağı roldan danışıb. O qeyd edib ki, təcrübə proqramının tədris prioritetləri əmək bazarının tələbinə uyğun müəyyən edilib və proses bu istiqamətdə təşkil olunub.

İnarə Vəliyeva isə bildirib ki, müasir dövrdə kibertəhlükəsizlik cəmiyyətin bütün səviyyələrinə, həmçinin sənaye sahələrinə ciddi təsir edən strateji məsələdir. Kibertəhdidlərə qarşı çevik, operativ və effektiv mübarizənin prioritet olduğunu vurğulayan direktor müavini, gənclərə bu istiqamətdə biliklərini təkmilləşdirərək beynəlxalq sertifikatlar almalarını tövsiyə edib.

Daha sonra gənclər çıxış edərək proqram haqqında təəssüratlarını bölüşüb və yaradılan şəraitə görə MHM-in rəhbərliyinə, o cümlədən təcrübə zamanı onlara dəstək göstərən təlimçilərə minnətdarlıqlarını bildiriblər. Sonda tələbələrə təcrübə proqramını bitirmələrinə dair diplomlar təqdim olunub.

Məlumat üçün bildirək ki, təcrübə proqramında iştirak edən 30 mütəxəssis iki ay ərzində təhlükəsizlik platformalarının (SIEM) araşdırılması, qurulması, təhdidlərin monitorinqinin həyata keçirilməsi, kiberhücumların təşkil edilməsi, boşluqların aşkarlanması və aradan qaldırılması üçün hesabatın yaradılması istiqamətində müvafiq bilik və bacarıqlara yiyələniblər.

Qeyd edək ki, təcrübə proqramını uğurla bitirən və kibertəhlükəsizlik üzrə yüksək bilik və bacarıqlar qazanan iştirakçılar işlə təmin olunacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verilib

19-08-2021

MHM-in Kiber Hücumların Simulyasiyası Laboratoriyası təcrübə proqramı elan edir

23-07-2021

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

25-11-2021

“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

28-09-2021

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

İnnovasiyalar Agentliyində ilk onlayn təcrübə proqramı başa çatıb

09-12-2020

Bakcell-in təcrübə proqramı başa çatıb

07-09-2015

Azərbaycanda üztanıma ilə ödəniş sistemi tətbiq ediləcək

05-11-2021

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

07-02-2020

Böhran kommunikasiyası təlimləri başa çatıb

13-12-2023

MHM-də Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb

16-07-2021

Tələbələrin Yay Təcrübə Proqramı başa çatdı-Foto

05-09-2016

Rəqəmsal marketinq sahəsi ilə bağlı ödənişsiz təlim

15-01-2016

“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

25-07-2022

Gənclər Bakcell şirkətində təcrübəyə başlayıblar

13-07-2015

Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

19-09-2025

"AzInTelecom"a yeni sədr təyin edilib

04-02-2022

Bakcell-də təcrübə keçmək istəyənlərin nəzərinə

08-05-2017

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

Aztelekomda uğurla təcrübə keçən tələbələrə iş təklif olundu

10-09-2018

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə