Dekabrın 9-da Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Əqli mülkiyyət və süni intellekt” mövzusunda birgə keçirdiyi beynəlxalq konfrans işə başlayıb.
Xeberler.az məlumat verir ki, konfransın açılış mərasimində çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov süni intellektin insan sivilizasiyasının ən böyük texnoloji nailiyyətlərindən biri olduğunu söyləyib.
“Yeni texnologiyalara əqli mülkiyyət sipər çəkməməlidir, əksinə uyğunlaşmalıdır”, - deyən Kamran İmanov Azərbaycanda süni intellektlə bağlı məsələlərin daim diqqət mərkəzində olduğunu söyləyib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın iqtisadiyyat, dövlət idarəçiliyi, təhsili, infrastrukturu və s. sahələri əhatə etdiyini söyləyib. Kamran İmanovun sözlərinə görə, bu Strategiya süni intellektin inkişafını dəstəkləyən qanunvericilik bazasının yaradılmasını, təbii ki, əqli mülkiyyət qanunlarında da dəyişiklikləri gündəmə gətirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları