Previous Next
Bağla

Magistratura səviyyəsinə ixtisas seçimi başlayıb

07-05-2015 13:39
Magistratura səviyyəsinə ixtisas seçimi başlayıb

2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi başlayıb.

TQDK-dan Xəbərlər-ə verilən məlumata görə, mayın 12-dək davam edəcək ixtisaslaşma seçiminə 2015-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər.

Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla TQDK-nın internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar "İxtisaslaşma seçimi cədvəli"nə əsasən, yalnız 38 saylı proqrama aid olan ixtisaslaşmaları və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasını yalnız təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. AMEA-nın magistraturasının ixtisaslaşmalarını müsabiqə şərtini ödəməklə bərabər, 2015-ci il mayın 4-dən 8-dək AMEA-da müsahibədən keçərək "məqbul" qiymət almış bakalavrlar seçə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər. Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Magistraturaya imtahanların nəticələri açıqlanıb!

Magistraturaya imtahanların nəticələri açıqlanıb!

23-06-2010
Magistratura qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün elektron proqram seçiminə start verilib

Magistratura qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün elektron proqram seçiminə start verilib

08-06-2010
Magistraturaya hazırlaşanlara yeni xəbər

Magistraturaya hazırlaşanlara yeni xəbər

06-01-2015
MBA və TEMPUS proqramları üzrə internet vasitəsilə magistraturaya ərizə qaəbuluna başlanılıb

MBA və TEMPUS proqramları üzrə internet vasitəsilə magistraturaya ərizə qaəbuluna başlanılıb

26-11-2009
 Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

21-04-2017
“Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi 11 iyunda başa çatacaq

“Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi 11 iyunda başa çatacaq

06-06-2013
Magistratr imtahanına sənəd qəbulu başlayıb

Magistratr imtahanına sənəd qəbulu başlayıb

14-01-2026
Kolleclərə onlayn ixtisas seçimi başladı

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015
Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015
Sabahdan  ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015
DİM: Elektron ərizə qəbulu davam edir

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017
İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək  davam edəcək

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022
Elektron ərizə qəbulu sistemi aktivləşib

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017
Abituriyentlər elektron ərizələrini doldura bilərlər

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013
“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009
Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015
Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019
Boş qalan yerlərə elektron qaydada ixtisas seçimi başlayır

Boş qalan yerlərə elektron qaydada ixtisas seçimi başlayır

13-08-2015
Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022
 Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015
Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015
Rezidentura imtahanının nəticələri  İnternetdə yerləşdirilib

Rezidentura imtahanının nəticələri İnternetdə yerləşdirilib

08-07-2015
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə