Makaronlar da “proqramlaşdırılıb” –Video

31-05-2017 / 11:56

Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimləri təkcə robot texnikası və elektronika sahəsində deyil, qida sənayesinin müasirləşdirilməsi sahəsində də tətbiqlərin hazırlanması ilə məşğul olur.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hesablama texnikası üzrə Assosiasiyanın Denverdə (ABŞ) keçirilən konfransı zamanı proqramlaşdırmağın mümkün olduğu yeni növ makaron təqdim olunub.

Belə ki, məmulat suya düşən zaman istənilən formanı qəbul etmək imkanına malikdir.

Qeyd edilib ki, xüsusi üsulla emal edilmiş yastı tədarükdən spiral, balıqqulağı, ümumiyyətlə istənilən formanı əldə etmək olar. Bu ixtira böyük perspektivə malikdir. Hazırda makaron istehsalı zamanı qablaşdırmanın təxminən 67 faizini hava əhatə edir.

Forması dəyişdirilə bilən makaronlardan istifadə istehsal zamanı qablaşdırma və çatdırılma xərclərini azaltmağa, həmçinin hazırlanma prosesində vaxta qənaət etməyə imkan verəcək.

Bu makaronların əsasında jelatinin müxtəlif sıxlıqlı iki qatı dayanır – daha qalın qat rütubəti daha çox özünə çəkir və daha güclü əyilir. Jelatinin üstündən sellülozun rütubəti qəbul etməyən zolaqları yerləşdirilib. Makaronlar 2 dəqiqə ərzində 30 dərəcə C-yə qədər qızdırılmış suda öz formasını dəyişə bilir. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə