ABŞ-ın İllinoys Universiteti və Kaliforniya Texnologiya İnstitutunun mühəndisləri yarasa obrazında robot hazırlayıblar.
Cəmi 93 qram çəkiyə malik olan Bat Bot robotunun qanadları arasındakı məsafə 47 sm-ə bərabərdir.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Bat Bot robotu canlı yarasada olduğundan demək olar ki, dörd dəfə daha az “oynağa” malikdir. Möhkəm konstruksiya və karbon lifindən olan “onurğa” bu gün onun dünyanın ən elastik avtonom uçan robotlarından biri olmasına səbəb olub.
Dron bir-birindən asılı olmadan hər iki qanadını yelləmək imkanına malikdir. Onun qabırğaları və digər sümükləri 3D-printerdə çap edilib, skeletə isə 56 mikron qalınlığında çox nazik, elastik silikon membran yerləşdirilib. Bütün bunlar Bat Bot-a demək olar ki, eynilə əsl yarasanın uçuş mexanikasını təqlid etməyə, onun manevrlərini təkrarlamağa imkan verir.
Uçan robotun kvadrokopterlər qarşısında əsas üstünlüyü enerjiyə qənaət etməsidir. “Kürəyinə” bərkidilmiş mikro motorlar və “oynaqların” vəziyyətini fiksasiya edən tənzimləyicilər hesabına Bat Bot uçuşa daha az enerji sərf edir.
Yüksək manevr qabiliyyəti isə dronlara binalara daha yaxın məsafədən hərəkət etməyə (məsələn, axtarış-xilasetmə əməliyyatları və ya tikinti sahəsinin monitorinqi zamanı), uçuşun səssizliyi isə vəhşi təbiəti müşahidə etməyə imkan verir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri