Amerikanın Teal Drones şirkəti ən sürətli pilotsuz uçuş aparatının ilkin sifarişlərinin qəbuluna başlayıb.
İstehsalçıların sözlərinə görə, maksimal sürəti 113 km/saat olan dron rəqibləri arasında ən ağıllı modellərdəndir. Kvadrokopter 4K təsvir ölçüsündə video çəkə bilən 13 meqapiksellik kamera, NVIDIA şirkətinin güclü Tegra TX1 prosessoru və yüksək dəqiqlikli GPS sisteminə malikdir. İnteqrasiya edilmiş modullar qurğuya sahibini izləməyə, komanda və idarəetmə rejimlərində uçmağa imkan verir.
Maksimal uçuş vaxtı 20 dəqiqə olan Teal dronunu əlavə akkumulyatorla birlikdə 1299 ABŞ dollarına əldə etmək olar.
Müqayisə üçün bildirək ki, ən məşhur modellərdən biri DJI Phantom 4 dronu 72 km/saatdan artıq sürətlə uça bilmir, lakin maksimal uçuş vaxtı 28 dəqiqədir. Qurğunun qiyməti 1399 ABŞ dolları təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri