Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Bakı şəhərində məlumatlandırma sessiyası keçirib.
Xeberler.az bildirir ki, tədbirdə Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 18 saylı, 56 saylı tam orta məktəbi, Laçın rayon 45 saylı tam orta məktəbində çalışan 29 müəllim iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev qeyd edib ki, son illər məcburi köçkün məktəbləri müasir informasiya kommunikasiya texnologiyaları ilə təmin olunub:
“Məktəbimizdə yüksək sürətli internet xətti var. Ötən ildən məktəbimizin hazırlıq qruplarına və I sinifə şagirdlərin qəbulu elektron sistem üzərindən aparılır. Gələcəkdə bütün ölkə üzrə şagirdlərin məktəblərə qəbulu elektron sistem üzərindən aparılacaq. Eyni zamanda orta məktəb şagirdləri və pedaqoji kollektivin özünüinkişafı üçün yararlı olan onlarla elektron resurs var. Tədbir təşkilatçılarına təşəkkür edirəm ki, bu elektron resursları və elektron xidmətləri təbliğ edir”.
Daha sonra çıxış edən layihə rəhbəri Mehman Hüseynov həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib: “Müasir təhsili müasir informasiya kommunikasiya vasitələri olmadan təsəvvür etmək mümkün deyil. “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində keçirdiyimiz tədbirlərlə məcburi köçkün məktəblərində çalışan müəllimlərin təhsillə sahəsinə aid elektron resurslarla bağlı məlumatlılığının artırılmasına çalışırıq.
Layihənin əsas məqsədi məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilir. Şura elektron xidmətlərin təbliğinə dəstək verməklə yanaşı, həm də özü göstərdiyi xidmətlərin sayını hər il artırır”.
Daha sonra məruzə ilə çıxış edən Xalid Kazımov təhsil sahəsinə aid elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verib: “Azərbaycanda elektron xidmətlərin əhatə dairəsi ildən-ilə genişlənir. Digər sahələrlə yanaşı, təhsil sahəsinə aid də onlarla elektron xidmət göstərilir. Bu gün orta məktəblərdə tədris olunan dərsliklər elektronlaşdırılıb, bəzi dərsliklərin isə səsli variantları hazırlanıb ki, bunları da internet üzərindən istifadə etmək və elektron versiyalarını yükləmək mümkündür. Həmçinin, orta məktəblərdə dərslərin daha maraqlı və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək şagirdlərə mənimsədilməsinə imkan verən xeyli elektron resurslar var”.
Məruzəçi daha sonra iştirakçılara elektron dərslik, elektron testlər, elektron tapşırıqlar, video dərslər, səsli dərsliklər, müəllimlərin peşəkar inkişafı üçün mövcud olan imkanlar barədə məlumat verib.
Həmçinin, elektron hökumət portalında qeydiyyat, bu portal üzərindən göstərilən elektron xidmətlərdən istifadə əyani nümayiş etdirilib.
Məruzəçi daha sonra iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradır. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradır.
Daha sonra http://vetendas.e-qht.az/ bölməsində qeydiyyat və layihələrə rəy yazmaq proseduru tədbir iştirakçılarına əyani olaraq da göstərilib.
Qeyd edək ki, tədbir zamanı elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri