Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən azərbaycanlı akademiklərin tədqiqatlarını özündə cəmləşdirən kitablardan ibarət “Elmin dayanıqlı inkişafı” adlı virtual sərgi hazırlanıb.
Xeberler.az bildirir ki, sərgidə MEK-in fondlarından AMEA-nın prezidenti v.i.e. Arif Həşimovun akademik Ç.M.Çuvarlının 85 illik yubileyinə həsr etdiyi “О судьбе ученого и еще кое о чем другом” (1998) kitabı, A.M.Həşimov, Q.A.Abbasov, Y.N.Həsənov və S.H.Hümbətovun “Qanunverici metrologiyanın əsasları” (2011), Zərifə Əliyevanın biblioqrafiyası (2013), İsa Həbibbəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) və “Cəlil Məmmədquluzadə. Cümhuriyyət” (2002), Tofiq Allahverdiyev və İradə Hüseynovanın “Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları” (2022), Dilqəm Tağıyev, Manaf Manafov və Asif Məmmədovun “Kimyada informasiya texnologiyalarının tətbiqi” (2018), R.M.Əliquliyev və Y.N.İmamverdiyevin “Kriptoqrafiya tarixi” (2006), Tərlan Novruzov və Nərgiz Paşayevanın “Antik ədəbiyyat tarixi” (2000), Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” (2007), Gövhər Baxşəliyevanın “Ölməzliyə aparan yol” (1979) və “Məqalələr, məruzələr, müsahibələr...” (2011), Ağamusa Axundovun “Seçilmiş əsərləri” I cild (2018), Arif Paşayev, Hacıağa Quliyev və Surxay Səfərovun “Atmosfer proseslərinin fiziki əsasları” (2007), Akif Əlizadənin “Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində” (2011) 3 dildə, Zemfira Səfərovanın “Azərbaycanın musiqi elmi. XIII-XX əsrlər” (2006), Nailə Vəlixanlının “Azərbaycan bayraqları” (2000), Kamal Abdullanın “Gizli Dədə Qorqud” (1991), Muxtar Cəfərovun “Səməd Mənsurun poeziyası” (2017), Nərgiz Axundovanın “Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi” (2010) və digər dəyərli nəşrlər təqdim olunur.
Bu kitablar elmin müxtəlif sahələrini əhatə etməklə dəyərli alimlərimizin klassik ədəbiyyat, folklorşünaslıq, elm, incəsənət, tarix və mətbuat dünyası, ekologiya, təbiət elmləri, informasiya texnologiyaları ilə bağlı çoxillik elmi axtarışlarını, tədqiqatlarını əhatə edir.
Kitablar elmi işçilər, tələbələr, eləcə də elmi və ictimai məsələlər ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, virtual ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri