Previous Next
Bağla

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015 16:25
“Elektron Təhsil” müsabiqəsinin  yekunları müzakirə olunub

Bu gün “Elektron Təhsil” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, görüşdə müsabiqənin nəticələri  ilə bağlı müzakirələr olub.

Tədbirdə müsabiqənin qaydalarına uyğun olaraq müsabiqəyə təqdim edilən resursların qeydiyyatı barədə məlumat verilib.

"Elektron Təhsil"  müsabiqəsində yüksək bal toplamış iştirakçıların təqdimatı və qaliblərin seçilməsi, müsabiqənin fərqlənən işlərinin müzakirə olunması, "Müsabiqəyə ən çox iş göndərən məktəb" əlavə nominasiyasının qaliblərinin təsdiq olunması kimi məsələlər də müzakirə olunub. 

Qeyd edilib ki,  müsabiqə "Müəllim" və "Şagird" istiqamətləri üzrə keçirilir.

Məlumat verilib ki, müsabiqəyə həm onlayn ,həm də oflayn təhsil resursları təqdim olunub.

Bu müsabiqə çərçivəsində "ALPLogo" proqramlaşdırma mühitində hazırlanan elektron resurslar da yarışmaya qəbul edilib.

Onu da bildirək ki, müsabiqə 4 mərhələdə keçirilib. 

Müsabiqənin qalibləri yekun təqdimat mərasimində açıqlanacaq və qaliblərin adları Təhsil Nazirliyinin və müsabiqənin rəsmi saytında yerləşdirilib.

Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.

 Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və məktəblilər qatılıblar.

Müsabiqə Dr.Web, AzEduNet, Ultra, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi, Edumedia Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron təhsil” müsabiqəsinin nominantları müəyyənləşdirilib

30-11-2015

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015

“Elektron təhsil” müsabiqəsi başa çatdı

10-11-2015

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

“Elektron Təhsil” müsabiqəsi başlanır

02-09-2015

“Elektron Təhsil” müsabiqəsinə müraciət etmək istəyənlərin nəzərinə

28-10-2015

“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək

24-08-2015

“Elektron təhsil” müsabiqəsi başladı

21-09-2015

“Elektron Təhsil” müsabiqəsinə 46 layihə təqdim olunub

03-10-2015

“Elektron təhsil” respublika müsabiqəsi başlayır

15-09-2016

“Elektron təhsil” müsabiqəsində 644 layihə mübarizə aparacaq

23-10-2017

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

29-12-2015

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

29-12-2016

“Elektron Təhsil” müsabiqəsi başladı

06-09-2017

“Elektron Təhsil” müsabiqəsi başlayır

01-09-2017

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb

26-08-2013

“Elektron təhsil” müsabiqəsinin qalibləri-Foto

26-12-2017

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17-05-2012

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

“Elektron Təhsil” Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

26-12-2014

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə