Oktyabrın 18-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə təşkilatçılığı ilə məktəblilər arasında "R.M. 90" proqramlaşdırma müsabiqəsi keçirilib.
Xeberler.az bildirir ki, Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik yubileyi münasibəti ilə təşkil olunan müsabiqənin finalında seçim mərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 50 nəfər iştirak edib. Finalçılar proqramlaşdırmanın C++ , "Phyton" dilləri istiqamətində bilik və bacarıqlarını sınayıblar.
Müsabiqə başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın departament müdiri Vüsalə Qurbanova sözügedən müsabiqənin əhəmiyyəti və üstünlüklərini vurğulayaraq qalibləri təbrik edib, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb. Tədbirdə, həmçinin Azərbaycan Texniki Universitetinin prorektoru, ICPC Azərbaycan üzrə Regional Müsabiqə Direktoru və 49-cu ICPC Dünya Finalının direktoru çıxış ediblər.
Tədbir qaliblərin mükafatlandırma mərasimi ilə yekunlaşıb. Nəticələrə əsasən 1-ci yer üzrə 3 nəfər, 2-ci yer üzrə 3 nəfər və 3-cü yer üzrə 3 nəfər qalib müəyyən edilərək təltif olunublar.
Müsabiqənin keçirilməsində məqsəd İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan, Azərbaycanın ilk proqramçısı hesab olunan "Şöhrət" ordenli alim Ramin Mahmudzadənin irsini gənc proqramçılara çatdırmaq, sahə üzrə yeni istedadları kəşf etmək, həmçinin gənclərə yeni bilik və bacarıqlar qazandırmaqdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları