Previous Next
Bağla

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021 13:48
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky-nin “Kiçik və orta biznes: pandemiyada sağ qalmaq” adlı sorğusu göstərib ki, kiçik şirkətlər müxtəlif kibertəhlükəsizlik problemlərilə üzləşirlər. Demək olar ki, hər üçüncü şirkət (31%) bir əməkdaşa bir neçə cihaz düşməsi səbəbindən informasiya təhlükəsizliyi çətinliyi yaşayır, 29% şirkətlərdə əməkdaşların şəxsi cihazlarında korporativ məlumatların necə qorunması ilə bağlı suallar yaranır, 26%-də isə əməkdaşlar arasında rəqəmsal savadlılıq çatışmazlığı problemi müşahidə olunur.

Təxminən hər dördüncü şirkətin (23%) qarşılaşdığı problem əməkdaşların sistemə giriş üçün hər dəfə öz ayrıca login və şifrəsindən istifadə etməməsi, hər beşinci şirkətdə (21%) isə onlar tərəfdən elektron yazışmalarda informasiya təhlükəsizliyi qaydalarına əməl olunmaması ilə bağlıdır. Şirkətlərin 22%-i üçün informasiya təhlükəsizliyi sahəsində əsas problemlərdən biri öz İT sistemlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin etməkdir.

Sorğu nəticəsində məlum olub ki, şirkətlər kibertəhlükəsizliklə bağlı tövsiyələrə ehtiyac duyur. Belə ki, respondetlərin 36%-i məlumat sızmaları ilə mübarizə, 32%-i bulud xidmətlərində təhlükəsizliyin təminatı, 29%-i isə fidyə proqramlarının qarşısını almaq və əgər onunla qarşılaşıblarsa, nə etmək lazım olduğu haqqında bilmək istəyir.

“Ölçüsündən asılı olmayaraq hər bir təşkilat və sənayenin təcavüzkarların əlinə keçə biləcək intellektual mülkiyyət, maliyyə və şəxsi informasiya kimi dəyərli məlumatları var. Kiçik şirkətlər tez-tez təchizat zəncirinin bir hissəsi kimi çıxış edir və təcavüzkarlar daha iri şirkətlərin şəbəkəsinə sızmaq üçün çoxmərhələli əməliyyatlar çərçivəsində həmin kiçik şirkətlərin şəbəkələrinə girişdən istifadə etməyə can atırlar. Amma biznesi təkcə hədəf hücumları təhdid etmir, yoluxmalar çox tez-tez təsadüfi seçilmiş qurbanlara kütləvi zərərli proqram göndərişləri vasitəsilə də baş verir. Kiçik şirkətlər korporasiyalara nisbətən daha pis qorunduğundan daha asan hədəfə çevrilirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky kiçik şirkət sahiblərinə tövsiyə edir:

1. xüsusi olaraq hazırlanmış “Kiçik biznes üçün kibertəhlükəsizlik şparqalkası”-nı nəzərdən keçirin;
2. əməkdaşlara müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmamaq, müxtəlif hesablar üçün fərqli və mürəkkəb şifrələr düşünmək və onları tez-tez dəyişmək;
3. sistem administratorlarına iş cihazlarının təhlükəsizliyini uzaqdan vahid panel vasitəsilə idarə etməyə imkan verən, məsələn, Kaspersky Endpoint Security Cloud kimi etibarlı və rahat qoruma həllərindən istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022

Mətbuatda şantaj və saxta sızmalara qarşı necə mübarizə aparmalı?

14-12-2022

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə