Previous Next
Bağla

Nazirlik saxta kimlikləri müəyyən edəcək

27-01-2018 10:39
Nazirlik saxta kimlikləri müəyyən edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Avropanın tətbiq və proqramlar üzrə ixtisaslaşan ən böyük tədqiqat təşkilatı Fraunhofer-in reallaşdırdığı “Lightest”-qlobal etibarlılıq layihəsinin təqdimatı keçirilib.

Xeberler.az bildirir ki, NRYTN-in təşəbbüsü ilə təşkil olunan təqdimatda nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizdə elektron hökumət quruculuğu sahəsində aparılan işlər, o cümlədən dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi sahəsində elektron xidmətlərin və elektron imza infrastrukturunun rolu barədə və bu sahəyə dövlətin diqqətindən bəhs edilib.

Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, “Elektron hökumət”, “Elektron imza” kimi layihələrdə Azərbaycanın qazandığı uğurlardan danışılıb və bu sahədə qazanılan təcrübənin digər ölkələr üçün örnək ola biləcəyi diqqətə çatdırılıb. Digər ölkələrin bu sahədəki təcrübəsindən yararlanmaq üçün qabaqcıl ölkələrlə əməkdaşlığın önəmi vurğulanıb. Bu baxımdan “Lightest”- “qlobal etibarlılıq” layihəsinin də əhəmiyyətli ola biləcəyi qeyd edilib.

Daha sonra Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Heiko Rossnaqel (Heiko Rossnagel) və həmin layihənin beynəlxalq forum rəhbəri Raşel Sellunq (Rachelle Sellung) tərəfindən layihənin təqdimatı keçirilib.

Qlobal layihəyə artan marağı vurğulayan layihə koordinatoru bildirib ki, hazırda “Lightest”in icrasında 9 ölkədən - Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir. Qeyd edilib ki, qlobal elektron münasibətlərin qurulmasında əsas vacib məsələlərdən biri qarşı tərəfin dəqiq müəyyən olunmasıdır. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə - elektron imzanın etibarlılığını, dolayısıyla da elektron imza təminatçısı Sertifikat Xidmətləri Mərkəzinin etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur.

“Lightest” layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həll təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə “əşyalar interneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlılığına zəmanət verir.

Təqdimat layihə ətrafında aparılan fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

29-05-2019
MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

08-02-2019
Brüsseldə İSSE-2018 konfransı keçirilir

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018
Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017
Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

29-03-2019
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015
Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017
E-imza ilə bağlı növbəti seminar keçirilib

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017
E-imzanın mobil versiyası təqdim olundu

E-imzanın mobil versiyası təqdim olundu

07-05-2018
"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026
“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015
“Asan İmza” Polşada təqdim edilib

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015
Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

25-11-2021
“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013
Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016
Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017
E-hökumət mövzusunda növbəti  seminar keçirilib

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017
“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015
  Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə  sənəd imzaladı

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016
Elektron imza sertifikatlarının sayı 97 mini ötdü

Elektron imza sertifikatlarının sayı 97 mini ötdü

19-10-2016
Elektron imzalama sayı 23 milyona çatır

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017
"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013
E- imza sertifikatlarının sayı 100 mini keçdi

E- imza sertifikatlarının sayı 100 mini keçdi

17-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə