Barselonada keçirilən “Mobile World Congress” sərgisində “Microsoft” korporasiyası “Lumia 640” və “Lumia 640 XL” smartfonlarını nümayiş etdirib.
“Lumia 640” smartfonu 5 düymlük “IPS” ekrana, piksellərin sıxlığı 294 ppi təşkil edir və “Gorilla Glass 3” qoruyucu şüşəsi ilə örtülüb. Smartfon 1,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 400” prossesoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 8 QB-dır. “MicroSD” yaddaş kartının köməyi ilə daxili yaddaşı 128 QB-dək artırmaq olar. Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, 720p təsvir ölçüyə və selfi üçün 1 meqapiksellik ön kameraya malikdir.
“Lumia 640 XL” modeli 720p təsvir ölçülü (259 ppi) və “Gorilla Glass 3” qoruyucu şüşəsinə , 5,7 düymlük ekrana malikdir. Smartfon 1.2 QHs takt tezlikli, dördnüvəli “Snapdragon 400” prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla (128 QB-dək artırmaq mümkündür) təchiz edilib. “Lumia 640 XL” modeli “Zeiss f/2.0” linzası və 13 meqapiksellik təsvirə malik əsas kamera ilə təchiz edilib. Selfi üçün kamera 5 meqapiksellik sensorla təchiz edilib. Hər iki kamera 1080p formatında video çəkə bilir.
“Lumia 640 XL” modeli “3G” 189 avro və “4G” 219 avro versiyaları üzrə artıq önümüzdəki ay satışa çıxarılacaq. “Lumia 640” smartfonu isə apreldə “3G” 139 avro və “4G” 159 avro versiyaları üzrə satışa çıxarılacaq.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri