1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə “4Sİ Akademiyası” çərçivəsində rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi üçün bir neçə kurs dilimizə dublyaj olunub.
Xeberler.az İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən məlumat verir ki, “Milli Proqram”da sənaye 4.0 və rəqəmsal texnologiyalar sahəsində ana dilində biliklərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım atılıb. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha əvvəl təqdim edilən 10 ən çox tələb olunan kursla yanaşı, daha 5 kurs dilimizə dublyaj olunaraq istifadəçilərin ixtiyarına verilib. Beləliklə, hazırda 15 ən çox tələb olunan kurs tam şəkildə ana dilimizdə təqdim olunur.
Eyni zamanda, süni intellektin dəstəyi ilə 2500-dən çox kursun Azərbaycan dilinə tərcüməsi təkmilləşdirilib, altyazılar redaktə olunub və daha təkmil şəkildə platformada yerləşdirilib.
Dublyaj olunan kurslar “DeepLearning.AI”, IBM, “Microsoft”, Stanford Universiteti və INSEAD kimi nüfuzlu texnologiya şirkətləri və təhsil müəssisələrinə məxsusdur. Kurslar süni intellekt, maşın öyrənməsi, data analitikası, layihə və məhsul idarəetməsi, proqram mühəndisliyi, blokçeyn texnologiyaları və digər müasir sahələri əhatə edir.
4SİM və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün sənaye 4.0 sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Azərbaycan vətəndaşları yaşından və yaşayış yerindən asılı olmayaraq bu imkandan yararlana bilərlər.
“MilliProqram” çərçivəsində “Coursera” platformasında dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 12000-dən çox sahəvi kurs və təlimi istifadəçilər üçün əlçatandır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları