Previous Next
Bağla

MilliNet-də rəqabətin kəskin olduğu nominasiyalar- Siyahı

06-12-2016 17:45
MilliNet-də rəqabətin kəskin olduğu nominasiyalar- Siyahı

Məlumat verdiyimiz kimi, hazırda Milli İnternet Mükafatı müsabiqəsində saytların səsverməsi davam edir.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bu il müsabiqəyə 11 nominasiya üzrə 303 sayt təqdim edilib.

Qeyd edilib ki, hələlik müsabiqəyə 238 sayt qəbul edilib . 64 sayt MilliNet qaydalarına cavab vermədiyindən müsabiqəyə buraxılmayıb.

Məlum olduğu kimi saytların müsabiqəyə buraxılması ilə ilkin olaraq MilliNet moderatorları məşğul olur. Qaydalara uyğun olan saytlar qəbul olunmaq üçün MilliNet TK-ya yönləndirilir.

Bu il rəqabətin daha kəskin olduğu nominasiyalar “Media və İnformasiya”“Xidmət (Servis) - eTicarət “ və  “Ən yaxşı sosial şəbəkə səhifəsi”dir.

Təşkilat Komitəsindən verilən məlumata görə, hazırda münsiflər heyəti müsabiqə üzrə təqdim edilmiş layihələrin 1-ci mərhələ qiymətləndirilməsini həyata keçirir.

Yuxarda qeyd etdiyimiz kimi, bu il  bir neçə nominasiya üzrə daha çox layihə müraciət edib. Hazırda onlara arasında ciddi rəqabət var.

Həmin nominasiyalar üzrə rəqabətin kəskin olduğu saytları təqdim edirik:

“Xidmət (Servis) - eTicarət” nominasiyasına 34 sayt qeydiyyatdan keçib:

Boost.az

Satal.az

Alan.az

Emlak.al

Compland.az

Prospect.az

Asanpay.az

Careerify.me

Ourhost.az

E-Emlak.az

Davamı burada.

 

"Media və İnformasiya " nominasiya üzrə 35 sayt müraciət edib:


ASAN Radio

Texnologiya.az

Aznews.info

Surf.az

MyBaku Online Journal

Valyuta Ticarəti

Texno.biz

Worldmedia.az

Puplic.az

Davamı burada.

 “Ən yaxşı sosial şəbəkə səhifəsi”  nominasiyası üzrə:

MyExcelWorld

Aznews.info

Avtostop layihəsi

 Xaricdə Təhsil Xəbərləri

AZnet SMM Trends

Azərbaycan milli kitabxanası

Azərbaycan Respublikasi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

The national history museum of azerbaijan / milli azərbaycan tarixi muzeyi

Davamı burada.

Məlum olduğu kimi Millinet-ə təqdim edilən saytlar 3 istiqamət ( informasiya-kontent, dizayn və texniki-texnoloji istiqamətlər) üzrə formalaşdırılan, peşəkarlardan ibarət münsiflər tərəfindən qiymətləndirilir.

Qiymətləndirmə ilə bağlı meyarlar təsdiqlənib və millinet.az saytında yerləşdirilib.

Münsiflər isə Azərbaycan İnternet Forumu tərəfindən müəyyən olunur.  

Münsiflərə qarşı yalnız iki tələb irəli sürülür : öz sahəsində peşəkarlıq və ona hər hansı aidiyyatı olan saytın müsabiqəyə qatılmaması.

MilliNet qaydalarına görə sayt müsabiqəyə qəbul ediləndən sonra münsiflərin seçimi həlledicidir. Təşkilat Komitəsi qiymətləndirmə prosesinə müdaxilə etmir. Münsiflərə qarşı tələbkarlığın artırılması məqsədilə son illər MilliNet qaydalarına dəyişiklik də edilib.

Belə ki 2-ci mərhələ qiymətləndirmədə münsif sayta verdiyi hər hansı qiymətin əsaslandırılması məqsədilə şərh yazmalıdır. Bu qiymətlər və rəylər MilliNet-in yekun təqdimatından dərhal sonra sayt sahibləri üçün açıq olur.

Onu da qeyd edək ki, MilliNet-də qalib gələn layihələr, növbəti 3 il ərzində müsabiqəyə müraciət edə bilməz. 

Bu il Münsiflər Komissiyasının tərkibi aşağdakılardan ibarətdir:

Kontent İstiqamət

Aynur Vəliyeva

Azər Həsrət

Ellada Mustafayeva

Fidan Hüseynzadə

Könül Niftəliyeva

Dizayn İstiqamət

Ruslan Nəsirov

Kynaz Yaqublu

Toğrul Babayev

Aman Əlili

Azər Nəcəfov

Texniki-texnoloji istiqamət

Elşad Yusifli

Alişan Mirəzadə

Adil Əliyev

Eldar Zeynallı

Hüseyn Hüseynzadə

MilliNet Nominasiyalarından biri də Mobil tətbiqlərdir. MilliNet Təşkilat Komitəsindən əldə etdiyimiz məlumata görə, Mobil tətbiqlər nominasiyasını tam fərqli münsiflər, öz sahəsi üzrə tanınan ekspertlər 10 ballıq sistemlə qiymətləndirir. Ekspertlər də AİF tərəfindən müəyyən olunur.
Həmçinin də ekspertlərə aidiyyatı olan mobil tətbiqlər müsabiqədə iştirak etmir.

Bu il mobil tətbiqləri aşağıdakı münsiflər qiymətləndirəcək :

Vasif Mustafayev

Vüsal İsayev

Rüfət Babakişiyev

Elşad Yarmətov

Tural Əliyev

MilliNet Təşkilat Komitəsi, Münsiflər, Mobil tətbiq münsifləri və Moderatorlar haqqında daha geniş məlumatı buradan əldə etmək olar.

Qeyd etdiyimiz kimi hazırda MilliNet-də 1-ci mərhələ səsvermə davam edir. Təşkilat Komitəsi bildirir ki, qeydiyyat müddəti bitsə də, bu müddət ərzində saytlarını təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar.

Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi dekabrın 7-nə qədərdir.

Hazırda qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.

MilliNet TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir.

1-ci mərhələ səsvermə prosesi 7 dekabr tarixdə saat 00.00-da  başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.

Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə  isə  deakbrın 18-də başa  çatacaq.

Qeyd edək ki, münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabr ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Delta Telecom, Lenovo və Bestcomp şirkətləri dəstək verir.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Millinet 2016-da səsvermə başlayıb

01-12-2016

Milli Net 2015-də saytların qeydiyyatı başa çatıb

26-11-2015

Milli Net 2015-də saytların qeydiyyatı bu gün başa çatır

25-11-2015

MilliNet 2018-də internet resursların qeydiyyatı başa çatıb

22-11-2018

MilliNet2017-də internet resursların qeydiyyatı davam edir

31-10-2017

MilliNet 2018 müsabiqəsində internet resursların qeydiyyatı davam edir

19-11-2018

Milli Net 2012-də saytların qeydiyyatı başa çatıb

26-11-2012

Milli Net 2015 müsabiqəsinə qeydiyyat başladı

02-10-2015

Milli Net 2015-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

20-11-2015

Milli Net 2015 müsabiqəsinə 236 layihə təqdim olunub

11-11-2015

Milli İnternet Mükafatının Nominantları seçilib

08-12-2016

Milli Net 2013-də saytların qeydiyyatı başa çatıb

25-11-2013

MilliNet müsabiqəsinə qeydiyyat başladı

05-10-2016

MilliNet 2018 başladı

05-10-2018

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023

MilliNet 2023 müsabiqəsində resursların qeydiyyat müddəti uzadılıb

17-11-2023

MilliNet 2017 başladı

16-10-2017

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025

Milli İnternet Mükafatının Nominantları seçilib

03-12-2017

Millinet-də qeydiyyat müddəti uzadıldı

23-11-2016

“Milli Net 2013” Nominantları seçilib

04-12-2013

Milli Net 2018 başlayır

29-09-2018

Millinet-də qeydiyyat sabah başa çatır

29-11-2016

Milli Net 2012-də saytların qeydiyyat müddəti 5 gün uzadılıb

19-11-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə