Minskdə “MDB ölkələrini birləşdirək” adlı yüksək səviyyədə görüş başlayıb

26-11-2009 / 17:39

Bu gün Minskdə “MDB ölkələrini birləşdirək” adlı yüksək səviyyədə ikigünlük görüş başlayır. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunmuş tədbirə həmçinin Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti də qatılıb. Dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatlar və iri İKT şirkətlərinin nümayəndələrinin təmsil olunduğu görüşdə ümumi hesabla 400 iştirakçı toplaşıb. 

Beynəlxalq Telekommunikasiya İttifaqının “Dünyanı birləşdirək” adlı qlobal təşəbbüsünün tərkib hissəsi olan “MDB ölkələrini birləşdirək” tədbiri dövlət və özəl sektorlar arasında tərəfdaş münasibətlərinin yaradılmasına köməkliyin göstərilməsinə istiqamətləndirilib.

Sammitin proqramına uyğun olaraq altı seksiya (“Genişzolaqlı rabitə əsasında gələcəyin yaradılması”, “Əlverişli şəraitin yaradılmasına kömək etmək”, “Dövlət xidmətləri funksiyalarının İKT-nin köməyi ilə möhkəmləndirilməsi”, “Biliyə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi”, “İKT-nin istifadə olunmasında etibarlılığın və təhlükəsizliyin möhkəmləndirilməsi”, “Analoq yayımdan rəqəmsal yayıma keçid” ) və iki plenar iclasın keçirilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tədbirin sponsorlarından biridir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə