26.01.2009
“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı
nəşr olunub
Multimedia Mərkəzi tərəfindən “Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı çap olunub.
Kitab informasiya münasibətlərinin, informasiya istehsalı və ötürülməsi prosesinin daha effektiv və çevik qurulması üçün Jurnalistlərin yeni informasiya texnologiyalarından səmərəli istifadəsinə yardım məqsədilə yazılıb.
Kitabda müəllif tərəfindən həm informasiya texnologiyaları sahəsində elmi–ictimai araşdırmalar çərçivəsində əldə etdiyi təcrübədən , həm də artıq bir neçə il BDU və Bakı Slavyan Universitetində İnternet-Jurnalistika kursunun tədrisi prosesində toplanılan təcrübədən, geniş istifadə olunub. Kitabın yazılmasında həmçinin Azərbaycan İnternet Forumu və Multimedia Mərkəzi tərəfindən İnternet-jurnalistikanın inkişafı istiqamətində gerçəkləşdirdiyi Layihələrin materiallarından istifadə edilib.
Kitabda Bloqların yaradılması və yenilənməsi, İnternetdə sosial şəbəkələr və onlardan istifadə qaydaları, İnternetdə axtarışın sirləri, İnternetdə reklamdan gəlir əldə etmək yolları, Mobil internet, Jurnalistlər üçün faydalı internet resurslar haqqında bilgilər verilib.
Kitabın redaktoru AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir.
Kitab 104 səhifə həcmindədir.
Kitab Multimedia Mərkəzi tərəfindən İrex-Medianın dəstəyi ilə həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində hazırlanıb və çap olunub.
xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri