“Microsoft” “Bing” üçün milyonlar xərcləyir

24-06-2009 / 19:18

Microsoftun yeni axtarış sistemi olan Bing üçün milyonlarla dollar xərclənib. Şirkət rəsmisi Ballmer Çikaqoda qatıldığı bir iş yeməyində Microsoftun Bing üçün 10%-lik inkişaf etdirmə fondu ayıracağını ifadə edib.

Röyter agentliyinin verdiyi məlumata görə, Ballmer qeyd edib ki, “Ortaqlarımıza, önümüzdəki 5 il boyunca yeni axtarış sistemimizə 5-10% arasında sərmayə qoyacağımızı və bundan qazanc əldə edəcəyimizi söylədim”.

Deyilənlər reallaşsa Microsoft, Bing üçün təxminən 11 milyard dollarlıq bir sərmayə qoyacaq. Bu da Amerika axtarış mühərrikinin bazar payının 12 faizinə bərabərdir. Bing 100 milyon dollarlıq əməliyyat həcminə sahibdir. Qoyulan sərmayə ilə bunun nə qədər artacağını isə hələlik məlum deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə