İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı? Əgər belə olsa, onda gərək müəllimlər, yaxud da həkimlər özlərinə ombudsman tələb edə? Bu mövzu bu gün Media Mərkəzində keçirilən “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsindəki sonuncu tədbirdə bildirilib.
Debat iştirakçısı olan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, ümumi insan hüquqları üzrə ombudsmanın hüquqları konseptual baxımdan informasiya məsələləri üzrə müvəkkilin hüquqlarından bir qədər fərqlənir:
“İnformasiya azadlığı hökumətlə sıx işləmək və konkret məsələlərlə bağlı qərar qəbul etmək və onların icrasına nəzarət etmək hüququ var. Hansı ki, insan hüquqları üzər ombudsmanın belə səlahiyyəti yoxdur. O, yalnız tövsiyələr verir. Ombudsmanın qərar qəbul etmək ixtiyarı yoxdur. Amma qanuna görə, informasiya məsələləri üzrə ombudsmanın informasiyanı verməklə bağlı dövlət orqanını üzərinə öhdəlik də qoyur”.
İnsan Hüquqları üzrə Müvəkilin nümayəndəsi Zaur Əliyev isə Milli Məclisdə 21 dekabrda qəbul edilən qərarı tamamilə qanuna uyğun və məntiqə uyğun hesab edib: “İnformasiya məsələləri üzrə müvəkkilə verilən səlahiyyətlər Ombudsmanın ümumi səlahiyyətlərinə uyğun gəlir. Həm də indiyə qədər dünyanın bir çox ölkələrində ayrı-arı ombudsmanların olması səmərəsiz olduğunu sübut edib. İsveçdə 9 ombudsman var idi. Sonradan bu sistemin səmərə vermədiyini görüb sayını 7-yə çatdırdılar. Orda ayrıseçkilik, gender məsələləri üzrə ayrı-ayrı ombudsmanlar vardı. Bu cəmiyyətdə həm ayrıseçkilik yaradır, həm də çaşqınlıq”.
Z.Əliyev deyib ki, hələlik bu işi görmək üçün Ombudsman Aparatının nəzdində şöbə, yaxud departament olub-olmayacağı haqda konkret söz demək mümkün deyil: “Bizim də müraciətimiz olacaq ki, Aparata əlavə ştat verilsin”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, əslində qanuna əsasən informasiya hüquqları üzrə müvəkkilin görəcəyi iş çox əhatəlidir və indiki Ombudsman Aparatının bu yükü daşımaq imkanı yoxdur: “Amma nəzərə alsaq ki, yaradılan hər bir struktur imitasiya olur, ideyanın öldürülməsinə gəlir, onda indiki Ombudsmanın bu məsələlərə nəzarət etməsi daha yaxşıdır. Çünki indiki durumda informasiya məsələləri üzrə müvəkkil yaradılsaydı, bu, çox zəif olacaqdı və tezliklə jurnalistlərə qarşı növbəti senzura səddindən birinə çevriləcəkdi”.
Hüquqçünas Ələsgər Məmmədli bildirib ki, institutun yaradılmaması qanuna olan hörmətsizlikdən irəli gəlir. Əgər indiki Ombudsman Aparatının tərkibində əlavə ştatlar yaradılmasa, onda bunun real əhəmiyyəti olmayacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri