Əli Abbasov da korrupsiyadan danışdı

05-02-2011 / 16:19

 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən kollegiya iclasında ölkədə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib, bu sahədə RİTN tərəfindən görülən işlər, mövcud problemlər qeyd olunub. Toplantıda korrupsiyaya qarşı mübarizə üzrə RİTN-in müəssisə və təşkilatlarında həyata keçirilən tədbirlərə baxmayaraq, mənfi halların da mövcud olduğu bildirilib. Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada rabitə birlik və müəssisələrində hüquqpozmalara şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, müəssisələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi, abunəçilərin hüquqlarının qorunmasına diqqətin artırılması, sahibkar və özəl şirkətlərə azad rəqabət mühitinin yaradılması, əmək haqlarının vaxtında verilməsi və bir sıra həlli vacib məsələlər barədə çıxışlar və müzakirələr aparılıb.

Kollegiyaya yekun vuran nazir Ə.Abbasov rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi ilə vətəndaşlardan daxil olan müraciətlərə baxılması, operativliyin artırılması, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, özəl müəssisələrə azad və münbit şəraitin yaradılması, sahə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, «Qaynar xətt»in fəaliyyətinin və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini vurğulayıb, bununla bağlı müvafiq tapşırıqlar verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə