Azərbaycan Prezidenti İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011- 2015-ci illər)” təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Təsdiq edilmiş plan çərçivəsində beş istiqamət: makroiqtisadi sabitlik və iqtisadi artım, məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi, insan kapitalının inkişafı və sosial tərəqqi, institusional siyasət və səmərəli idarəetmə, eləcə də iştirak və monitorinq sahələri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər planına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ölkədə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, o cümlədən yeni texnologiyaların tətbiqi ilə ölkənin kommunikasiya şəbəkəsinin elektronlaşdırılması, mövcud şəbəkənin təkmilləşdirilməsi və əhalinin rabitə xidmətlərinə keyfiyyətli çıxışının təmin edilməsi; respublikanın telekommunikasiya şəbəkəsində yeni texnologiyaların (İPTV, ADSL, Wifi, Wimax, 3G, 4G, peyk rabitə sistemləri və s.) və CDMA şəbəkəsi ilə mobil rabitə xidmətlərinin tətbiqinin genişləndirilməsi; Tarif (qiymət) Şurası ilə birgə telefon rabitəsi və internet xidməti tariflərinin optimallaşdırılması və stimullaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi; milli radio və televiziya proqramlarının peykdən paket yayımının təşkili; respublikada universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin başa çatdırılması; ölkədə İKT sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları və elektron istehsal üzrə Xüsusi İqtisadi Zona yaradılması istiqamətində tədbirlərin görülməsi; AMEA ilə birgə İKT sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə tətbiqi elmi tədqiqatların aparılması sahəsində işlərin davam etdirilməsi tapşırılıb.
Həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tədbirlər Planı çərçivəsində “Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlər həyata keçirilməli və e-hökumətin tətbiqinə, elektron xidmətlərin təqdim edilməsinə əlverişli zəmin yaradacaq mərkəzləşdirilmiş elektron informasiya sistemi yaratmalıdır. Bundan əlavə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Mərkəzi Bankla birgə elektron ödəniş və poçt əmanət sistemlərinin inkişaf etdirilməsi, Təhsil Nazirliyi ilə birgə isə təhsil sahəsində müasir texnologiyalardan geniş istifadə olunması, yüksək ixtisaslı kadrların, o cümlədən informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlığının təmin edilməsi və respublikanın ümumtəhsil məktəblərinin internetə çıxışının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri