“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi keçiriləcək
Multimedia Mərkəzinin hər il keçirdiyi “İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin bu ilki Qaliblərinin təqdimat mərasimi 29 fevral tarixdə BMM-də keçiriləcək.
Müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib və təqdim olunan yazılar müzakirə edilib.
Müsabiqəyə təqdim olunan yazılar 10 ballıq sistemlə qiymətləndirilib. Müzakirələr və verilmiş ballar əsasında qaliblər müəyyən olunub. Məlum olduğu kimi Müsabiqəyə Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sahəsi ilə əlaqəli İnternet portallarda və qəzetlərdə dərc olunan 14 yazı təqdim olunub.
Toplantıda “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasiminin 29 fevral 2012-ci ildə, saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilməsi qərara alınıb.
Müsabiqənin qalibləri təqdimat mərasimində açıqlanacaq. Tədbirdə “İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin Müsabiqənin qaliblərinə Diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin dəstəyi ilə gerçəkləşdirilir.
Günel, Xeberler.az