Mark Zukerberq ən yaxşı rəhbər seçilib

23-10-2013 / 23:02

“Glassdoor” analitik şirkətinin məlumatına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq hazırda Amerikanın böyük şirkətləri arasında ən yaxşı rəhbərdir. O, işlərin aparılmasına yanaşmasına və tabeçiliyində olanlarla münasibətlərinə görə əməkdaşların səsinin 97%-ni toplayıb.

Bu ilin yazında onun reytinqi 99% olub. Ikinci yeri “Twitter”in direktoru Dik Kostolo (96%) ilə  “McKinsey & Co” konsaltinq şirkətindən Dominik Barton paylaşır. “Google” korporasiyasının direktoru Larri Peyc səslərin 95%-ni,  “Apple”ın direktoru isə 92%-ni toplayıb. Siyahının sonunda “Microsoft”un direktoru Stiv Balmer yer alıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə