“Yahoo!” şirkəti “Microsoft” korporasiyası ilə axtarış sistemi sahəsində əməkdaşlıq üzrə razılığı pozub və məhkəmə dinləmələri ilə nəticələnib. “Yahoo!” və “Microsoft” korporasiyası arasında “Bing” axtarış sistemi texnologiyasında istifadəyə dair 2010-cu ildə onillik saziş imzalanıb.
Hazırda “Yahoo!” biznes apardığı 16 beynəlxalq bazarın 14-də “Microsoft”un texnologiyasından istifadə edir. Sazişin şərtlərinə əsasən, oktyabrda “Yahoo!” qalan 2 bazarda – Honkonq və Tayvanda “Microsoft”un texnologiyasından istifadəyə keçməli idi, lakin şirkət yaxın rübdə bunun baş verməyəcəyini bəyan edib.
Xatırladaq ki, “Microsoft” rəhbəri Stiv Balmer vəzifəsini tərk edir. Marissa Mayer “Microsoft”un yeni rəhbəri ilə danışıqlar aparmayanadək axtarış sistemini tətbiq etməkdən imtina edir. M.Mayerin fikrincə, “Microsoft” ilə hazırkı formada əməkdaşlıq digər şirkətlər ilə olan əməkdaşlıq kimi xeyir gətirmir.
Məhkəmə “Microsoft”un iddiasını təmin edib və buna görə “Yahoo!” imzalanmış sazişi tam yerinə yetirmək məcburiyyətindədir. Qeyd etmək lazımdır ki, “Microsoft” və “Yahoo!”nun axtarış sistemləri ikisi birlikdə belə, “Google” axtarış sistemindən xeyli geri qalır. “Google”un bazar payı 67 faiz, “Yahoo!” və “Microsoft”un müvafiq olaraq 11,3 və 17,9 faiz təşkil edir. (mincom.gov.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri