ICANN yeni domen zonasını təsdiqləyib

28-11-2013 / 23:43

Internet Corporation for Assigned Names and Numbers (ICANN) internetin domen sisteminin radikal genişlənməsi çərçivəsində yeni “*.bike”, “*.clothing”, “*.singles” və “*.guru” domenlərinin qeydiyyatına başlayıb.

Xəbərlər-in verdiyi məlumata görə, News gTLD proqramı çərçivəsində açılan yeni domen adları hazırda təkcə ticarət markalarının sahibləri üçün açıqdır.

Onlar sərbəst qeydiyyat üçün 2014-cü ilin yanvar ayının sonunda açılacaq.

Xəbərlər-in verdiyi məlumata görə, ötən ay ICANN ərəb əlifbası ilə veb, Çin əlifbası ilə “oyun” və rus əlifbası ilə yazılan onlayn və sayt domenlərinin qeydiyyatını açıq elan edib. Növbəti bir neçə il ərzində təxminən 1400 yeni domen zonasının qeydiyyatı nəzərdə tutulub.

ICANN-dan bildirilib ki, yeni domen zonaları internetdə biznesin qurulması prinsiplərini dəyişməyə imkan verəcəklər və interneti transformasiya edəcəklər.

İxtisaslaşdırılmış domen zonaları iqtisadiyyat nümayəndələrinə daha dəqiq mövqe tutmağa və şəxsə gözəl və yadda qalan domen adlarına malik olmaq imkanını verəcək.

Lakin bir sıra mütəxəssislər ICANN-ı tənqid edirlər, çünki o, ticarət nişanlarının sahibləri üçün əlavə xərclər yaradacaq və kibersaxtakarların fəaliyyəti üçün məkan açacaq. ICANN yeni domen zonalarının tətbiqi mərhələsində 700 yeni gTLD-nin təsdiqlənməsini nəzərdə tutur. Bu günədək ICANN, ümumilikdə, 9 domen zonasını təsdiqləyib: “*.guru”, “*.ventures”, “*.camera”, “*.clothing”, “*.lighting”, “*.singles”, “*.voyage”, “*.holdings” və “*.equipment”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə