Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimiz müzakirə olundu

18-12-2014 / 11:18

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası və Bakı şəhəri Səbail rayonu 132-134 saylı təhsil kompleksinin birgə təşkilatçılığı ilə adı çəkilən təhsil müəssisəsində “İnformasiya cəmiyyəti: sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Xeberler.az bildirir ki, konfransı təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq onun əhəmiyyəti haqqında  məlumat verib. 

Tədbirdə YAP  Qadınlar Şurasının sədri , professor Nurlana Əliyeva geniş məruzə ilə çıxış edib.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün məruzəsi dinlənilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Yasamal Rayon Qadınlar Şurasının sədri, Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Tamilla Şahbazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli və digərləri çıxış edərək  belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə və milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına xidmət etdiyini bildiriblər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə