www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015 / 17:35

Yanvarın 14-də Rabitə və Yüksək Texnologiyaları nazirliyi tərəfindən “E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər”  mövzusunda tədbir keçiriləcək.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, tədbirdə www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı da nəzərdə tutulub.

Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hisssəsi kimi Azərbaycan Respublikası Elektron Hökümətinin ayrıca bir elementidir. Data.gov.az portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapmaq, yükləmək və istifadə edə bilir. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsviri, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Məlumatlar və məlumatlar toplusunun siyahısı müntəzəm olaraq təkmilləşdiriləcək.

Elektron demokratiya

Data.gov.az portalının müvəffəqiyyəti əhalinin nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Portalın əsas məqsədi məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlət idarə edilməsində iştirak etmək imkanının yaradılması və hərtərəfli təhlil və tədqiqatların aparmasıdır.

Data.gov.az portalının təkmilləşdirilməsi işi müntəzəm olaraq aşağıdakı vasitələrin köməyi ilə aparılacaq:

- əks əlaqə;
- istifadəçilərin rəyi və şərhləri

Portalın məqsədi, açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması -innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökümət işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılmasıdır.

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə