İnstagramdan effektiv istifadənin yolları

16-01-2015 / 12:14

Son dövrlər 300 milyon istifadəçisi ilə İnstagram diqqət mərkəzindədir.

Bəs izləyicilərin marağını çəkmək üçün necə bir profil formalaşdırmaq lazımdır?

Nə etməməli:

1. Öz çəkdiyiniz portretlərinizi paylaşmaq

2. Bu portretlərin, paylaşdığınız ümumi fotoşəkillərin 10%-ni keçməsi

3. "Məni izlə" demək

4. İstifadə etdiyiniz həştəqlərin bir səhifə boyunu keçməsi

5. Bu həştəqləri smayliklər ilə bəzəmək

6. Bir istifadəçinin onlarla fotoşəkilini bəyənib, izləməmək

7. #izləyəniizləyərəm məntiqini mənimsəmək

8. Davamlı ‘screen shot' paylaşmaq

9. Əlaqəsiz həştəq istifadə etmək.

Nə etməli:

1. Fərqli fotoşəkil tətbiqləri kəşf etmək

Fərqli fotoşəkil paylaşmaq istəyirsinizsə, dəyişik tətbiqlər kəşf etməlisiniz.

2. Az və öz həştəq istifadə etmək. 10: gözəl, 15: pis deyil

Ən çox istifadə edilən həştəqlərdən bəziləri #iphonesia,
#aztagram,#photooftheday, #iphoneonly, #instamood, #ignation, #instagramhub #instagramers, #picoftheday, #bestoftheday #igers

3. Yarışmalara qatılmaq

4. Instagramers.comu izləmək.

Instagram haqqında bir çox yeniliyi, danışıqları bu bloqdan təqib edə bilərsiniz.

5. Webstagram istifadə etmək.

Webstagram- kompyuterdən Instagramı təqib edə biləcəyiniz bir veb vasitəsidir. Ayrıca ən məşhur haştaqları buradan təqib edə bilərsiniz. http://web.stagram.com/

6. Həştəqlərin dəyərini bilin!

Dünyanı gəzin, sevdiyiniz şeylərə baxın. Məsələn, #retrocamera-a nəzər saldığınızda antikvar fotoşəkil maşınlarına baxa bilirsiniz. İstifadəçidən istifadəçiyə, istehlakçıdan istehlakçıya həştəqlər sayəsində birbaşa bir körpü qura bilərsiniz.

Son olaraq Instagram yeni adamlar ilə tanış olmaq, fərqli məkanları virtual olaraq gəzmək üçün çox gözəl bir mühitdir.

Elmin Bayramlı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə