Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Bakıda “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib. Xeberler.az-ın verdiyi məlumata görə, Təhsil Problemləri İnstitutunda baş tutmuş seminarda Bakı şəhərindən 20, Şəki və Sumqayıtın hərəsindən 1 nəfər olmaqla 22 nəfər müəllim iştirak edib.
Seminarı giriş sözü ilə açan CASCFEN sədri Azər Həsrət layihəyə verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. Dövlətin vətəndaş cəmiyyətinə bu qədər yaxından dəstək verməsi, müxtəlif sahələrdə insanların bilgiləndirilməsi üçün şərait yaradılması sevindiricidir fikrini öz çıxışında bildirib.
İştirakçı müəllimlər də rastlaşdıqları ayrı-ayrı hallar, bəzən ortaya çıxan problemlərin həllində mübahisəli durumların yaranmasından danışıblar. Onlar belə seminarların təhsil işçiləri üçün çox gərəkli olduğunu qeyd ediblər.
Sonda seminarın işinin gizli sorğuyla dəyərləndirilməsi təşkil edilib. İştirakçılardan 18-i seminarı əla, 4-ü isə yaxşı qiymətləndirib.
Qeyd edək ki, CASCFEN-in növbəti seminarı iyunun 8-də Lənkəranda keçiriləcək. Seminara ətraf rayonlardan olan müəllimlər qatıla bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri