XXI əsr informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri sırasında müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində məsafədən istifadəsi mühüm yer tutur. Bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və informasiya təminatının təşkilində əsaslı rol oynayır.
Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Resursları sektorunun rəhbəri Kəmalə Haşımova “Multimedia Qalereyası elektron kitabxanaların tərkib hissəsi kimi” adlı məruzə ilə çıxışı zamanı bildirib.
Qeyd edib ki, e-kitabxanalar oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, ənənəvi kitabxanalara alternativ qurum deyil, yalnız xidmət növüdür. Geniş məna kəsb edən “E-kitabxana” anlayışına sinonim kimi müasir dünya elmi ədəbiyyatında “virtual kitabxana”, “rəqəm kitabxanası”, “şəbəkə kitabxanası”, “divarsız kitabxana”, “hibrid kitabxana” anlayışları istifadə olunur.
Multimedia Qalereyası vasitələri, elektron kitablar və qəzetlər, təhsildə tətbiq olunan yeni texnologiyalar, videokonfranslar, qrafik dizayn vasitələri, audiotexnologiyalar, videopoçt və s. təkmilləşərək yeni məhsul və xidmətlərin inkişafına təkan verib. Hazırda ictimai kitabxanalarda Multimedia Qalereyası vasitələrindən geniş istifadə olunur.
Multimedia Qalereyasının resurslarına keçid verilməsi, kitabın oxunması multimedia texnologiyalarının köməyilə kitabxanaçıların öhdəsinə düşür. Media resurslarından istifadə e-kitabxanaların operativliyi və keyfiyyətini yüksəldir. Bununla əlaqədar olaraq, hər bir kitabxanaçıdan peşəkarlıq tələb olunur. O, kompüter biliklərinə malik olduğu kimi, multimedia texnologiyalarını da mənimsəməlidir.
Məruzəçinin sözlərinə görə, Multimedia Qalereyası kompüterə daxil etmə, emal etmə, saxlama, məlumat çatdırma və əks etdirməyə imkan verən texnoloji məlumatlar (mətn, qrafik, audio, video və s.), vizual qarşılıqlı təsir və effektlərin audiosu, onların idarə olunması üçün interaktiv proqram təminatı, emal və müxtəlif tip informasiyanın təqdim edilməsi texnologiyaları əsasında yaradılmış informasiya resursu, informasiyanı təqdim edən müxtəlif tipli proqram təminatından ibarətdir.
Sektor müdiri qeyd edib ki, son illər ölkədə kitabxanaların multimedia fondlarının zənginləşdirilməsi məqsədilə bir sıra mühüm işlər həyata keçirilmiş və bu sahədə qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq layihənin icrasına başlanmışdır. Layihə çərçivəsində çoxsaylı uşaq kitabxana filialı, kitab mağazası və şəhər (rayon) kitabxanalarının Multimedia Qalereyasının nəşrləri ilə zənginləşdirilməsi üçün multimedia resurslarının (CD, DVD, e-kitab, e-dərslik) satışı, habelə Azərbaycan və rus dillərində hazırlanmış multimedia tədris resurslarına abunə yazılışı təşkil edilmişdir.
Multimedia texnologiyalı rəqəmsal kitabxanaların multimedia məzmunu və audiovizual materialları əldə etmək imkanları vardır. Xüsusilə yeni yaradılan, emal və analiz edilən rəqəmsal multimedia informasiyaları böyük informasiya anbarlarında saxlanılır. Multimedia kontekstinə rəqəmsal mətnlərlə yanaşı, foto, video, audio informasiyalar və hətta 3D-məzmunlu interaktivlər də daxildir.
“İnformasiya texnologiyalarının dinamik inkişafı bütün sahələrdə olduğu kimi, kitabxana sahəsinin də inkişafına təkan verib. Bu baxımdan multimedia qalereyalı elektron kitabxanaların yaradılması günün vacib tələblərindəndir”, – deyə bildirən K.Haşımova həmçinin müraciət edənlərin aktivliyindən istifadə etməklə, müştəri münasibətlərinin qiymətləndirilməsinin biznes fəaliyyətinin yaxşılaşdırılmasında müsbət rol oynayacağını söyləyib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri