“Bu konsepsiyanın başa çatdırılması istiqamətində 1 ildir ki, çalışırıq. Portal ilk vaxtlar fəaliyyətə başlayanda texniki işlərə çox az bir vaxt sərf olunsa da, biz bu fəaliyyətə başlayanda müəyyən çətinliklərimiz var idi”.
Bunu Xeberler.az-a “Elektron Hökumət” portalının yenilənməsindən danışarkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov deyib.
Onun sözlərinə görə, portalın yeni dizaynının yaradılmasında məqsəd vətəndaşlar üçün daha rahat və onlarla ünsiyyətdə olan bir interfeys təqdim etmək olub.
Nail Mərdanov qeyd edib ki, yenilənmiş portal vasitəsi ilə vətəndaşın elektron xidmətə çatması daha asan olacaq.
Bu gün “Elektron Hökumət” portalı yeni dizaynda vətəndaşların istifadəsinə verilib.
Tədim olunan bütün xidmətlərdən istifadə etmək üçün sistemdən qeydiyyatdan keçmək lazımdır. Portalda həmçinin, qeydiyyatsız xidmətlər də mövcuddur. Bir çox yeni bölmələr və əlavə məlumatlarla zəngin olan portalda vətəndaş, sahibkar və qeyri rezidentlər üçün də bölmələr yaradılıb.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri