“Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün “Facebook” və “Instagram” səhifələrində maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.
Xeberler.az məlumat verir ki, azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı Kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı Kitab”, bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər” komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.
“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də “Canlı Kitab”ı dinləyə biləcəklər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri