Naxçıvanda “Elektron resept” layihəsinin təqdimatı olub

07-03-2024 / 12:23

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirlərin tərkib hissəsi olan “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırması” layihəsinə keçidlə bağlı muxtar respublikada reseptlə işləyən həkimlər və əczaçılıq sektorunun nümayəndələri üçün təqdimat keçirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov elektron resept sisteminin həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan sistem olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, elektron resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edir. Layihənin başlıca məqsədi dərman vasitələrinin təqib və izləmə sisteminin vahid rəqəmsal platforma üzərində birləşdirməkdir. İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, mayın 1-dən etibarən isə digər dərman vasitələrinin real vaxt rejimində izlənilməsinə başlanılacaq.

Sonra nazirliyin Əczaçılıq sektorunun aparıcı məsləhətçisi Çinarə Məmmədova qeyd edib ki, elektron resept sisteminin başlıca üstünlüklərindən biri də dərmanların respublikaya idxalından vətəndaşa çatanadək olan prosedurların izlənə bilməsi və ölkədə qeydiyyatda olmayan dərmanların satışına nəzarət edilməsidir.

Nazirliyin Tibbi statistika və rəqəmsallaşdırma sektorunun baş məsləhətçisi Nüsrət Kərimov elektron resept sistemi vasitəsilə tibb müəssisələrində pasiyentlərə dərmanların təyinatı və əczaxanalarda satış qaydaları barədə məlumat verib. Qeyd olunub ki, sistem tam işlək vəziyyətə gələnədək təlimlər davam etdiriləcək.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.(Azərtac)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə