Nazirlik İT mütəxəssislər axtarır

08-02-2018 / 17:17

Ədliyyə Nazirliyində yaradılmış İnformasiya-kommunikasiya texnologiyaları idarəsində vakant vəzifələrin zəruri hazırlığa malik peşəkar mütəxəssislərlə komplektləşdirilməsi üzrə elan olunmuş açıq müsabiqədə iştirakla bağlı hazırda sənəd qəbulu davam edir.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, müsabiqədə qanunvericiliyin tələblərinə cavab verən aşağıda göstərilən sahələrdə xüsusi biliklərə malik Azərbaycan vətəndaşları iştirak etməyə dəvət olunur:

1. Mühəndis-proqramçı

Proqramlaşdırma bilikləri: C#, ASP.NET MVC, WebAPI, AngularJS (JAVA, Android, İOS, Ajax, HTML, CSS, javascript, JQuery, Ajax – üstünlük verilir);

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle, PL/SQL (üstünlük verilir);

Java veb texnologiyaları: Servlet, JSP, JSF, Primeface (üstünlük verilir);

Veb servislər: SOAP, Restful, DevExpress (üstünlük verilir).

 2. Veb-dizayner

 HTML5, CSS3, Bootstrap Framework, javascript, JQuery, Prototype, Angular;

Photoshop, Corel DRAW (Adobe İllustrator, AfterEffects, Premiere – üstünlük verilir);

 3. Məlumat bazası üzrə analitik

 Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle;

Əməliyyat sistemləri: Linux, Windows Server 2008, 2012 R2; (üstünlük verilir)

Məlumat bazalarındakı məlumatların analiz edilməsi, hesabatların alınması, backup/restore bacarığı.

 4. Sistem inzibatçısı

Əməliyyat sistemləri: Windows Server (2008, 2012, 2016), Linux (RHEL, CentOS, Scientific – üstünlük verilir);

Virtualizasiya: VMware 5.0, 6.0;

Application server: İİS 7.0, 7.5, 8.0, Tomcat 7, 8, Glassfish 3, 4; (üstünlük verilir)

Serverlərin sazlanması, əməliyyat sistemlərinin yüklənməsi, Domain, DNS və SSL sertifikatların quraşdırılması.

 5. İnformasiya sistemlərinin təhlükəsizlik analitiki

 Təhlükəsizliyin müəyyən edilməsi metodları və həllərinin idarə olunması;

Təhlükəsizliklə bağlı monitorinq və analizlərin həyata keçirilməsi, hesabatların hazırlanması;

Davam edən təhlükəsizliyin qiymətləndirilməsi, həllinin müəyyən edilməsi;

CİSSP və ya CEH sertifikatı olanlara üstünlük verilir.

Xatırladaq ki, müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını Ədliyyə Nazirliyinin Kadrlar və İnformasiya-kommunikasiya texnologiyaları idarələrinə təqdim edə bilərlər (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1 və Azadlıq prospekti, 72).

Aidiyyəti məsələlərə, o cümlədən tələb olunan sənədlərin siyahısına dair nazirliyin internet səhifəsində (www.justice.gov.az) və (012) 404-42-51 telefonu vasitəsilə əlavə məlumat almaq olar.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə