Sinqapurun “GovInsider” təşkilatının “GovMesh Horizons” hesabatında ölkələrdə rəqəmsal transformasiya sahəsində 2025-ci ildə əldə edilmiş yeni önəmli təcrübələr qeyd edilir.
Xeberler.az bildirir ki, hesabatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial sahədə rəqəmsallaşma istiqamətində təcrübəsi, o cümlədən tətbiq etdiyi süni intellekt layihələri barədə də məlumat verilir.
Nazirliyin "e-sosial" portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsasında tətbiq edilən “iDost” rəqəmsal köməkçi xidməti, habelə əlillik təyinatı üzrə e-sistemdəki süni intellekt əsaslı alqoritmlər diqqətə çatdırılır.
Hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland, Koreya və b. ölkələr daxil olmaqla ümumilikdə 11 ölkənin nailiyyətləri işıqlandırılır.
“GovMesh” təşəbbüsü rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud çağırışları müzakirə etmək və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması məqsədi daşıyır.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları