“Nəzarətçilərin elektron qeydiyyatı” yekunlaşıb

04-12-2015 / 11:04

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilən məlumatlarla bağlı statistik göstəriciləri açıqlayıb.
 
TQDK-dan  Xeberler.az-a verilən məlumata görə, komissiya 2016-cı ildə keçirəcəyi imtahanlarında nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.
 
Sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2065 orta təhsil müəssisələrindən 14375 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1175 nəfəri test imtahanlarda ilk dəfə iştirak edəcək müəllimlərdir.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə