Multimedia Mərkəzinin təşkil etdiyi ənənəvi “Onlayn Media 2014” Müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Müsabiqənin nəticələri açıqlanıb.
Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz Təqdimat mərasimini açaraq Layihə haqqında, Onlayn Media Müsabiqəsi və keçirilən Təlimlər haqqında geniş təqdimatla çıxış edib. O müsabiqənin 15 sentyabrdan 15 noyabr tarixədək davam etdiyini bildirib. Müsabiqədə ölkədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan 22 jurnalist və bloqçu, 30 mikrobloqçu iştirak edib. Müsabiqəyə 22 yazı təqdim edilib.
Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.
Osman Gündüz müsabiqədə mikrobloqşuların da iştirak etdiyini bildirib. 30 mikrobloqçunun qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə Twitterdə elektron hökumət quruculuğu ilə bağlı , e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı 4000-dən çox tvit yazıblar.
Məqalələri və tvitləri 10 ballıq sistemlə media və IT sahəsində ekspertlərdən ibarət Münsiflər qiymətləndiriblər. Münsiflərin verdiyi ballar əsasında qaliblər müəyyən olunub.
Təqdimat mərasimində Layihənin rəsmi dəstəkçisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Kamal Məmmədov çıxış edərək ölkədə İnformasiya Cəmiyyətinin qurulması istiqamətində adı çəkilən Layihənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
O, ölkədə elektron hökumət quruculuğu və İKT-dən effektiv istifadə istiqamətində bu kimi tədbirlərə gələcəkdə də dəstək veriləcəyini vurğulayıb.
Mətbuat Şurasının Sədri Əflatun Amaşov çıxış edərək artıq ölkədə Yeni medianın bir infrastruktur kimi formalaşdığını diqqətə çatdırıb və bu sahədə uzun müddətdən bəri davam edən Onlayn MEDİA Layihəsinin mühüm rolunun olduğunu qedy edib. Ö ölkədə onlayn medianın inkişafının kifayət qədər dinamik olduğunu və yaxın günlərdə bununla bağlı beynəlxalq konfransın keçiriləcəyini də diqqətə çatdırıb.
Artıq 2-ci il Layihəyə dəstək verən Nar Mobile şirkətinin ictimai əlaqələr bölməsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin informasiya cəmiyyəti quruculuğunda maraqlı olduğunu diqqətə çəkərək layihənin kifayət qədər uğurlu olduğunu bildirib. O gələcəkdə də şirkətin bu istiqamətdəki təşəbbüsləri dəstəkləyəcəyini bildirib.
Sonra qaliblərin adları açıqlanıb.
Yazı
müsabiqəsində 1-ci yeri Xalid Vahidoğlu ( Üç noqtə), 2-ci yerləri Kamran Ədalətoğlu (xeberler.az) və Fərəh Sabirqızı (bakupost.az), 3-cü yerləri Mirvari Nəzərova (gsr.az), Zulfiyyə Quliyeva (azvision.az) və Günay Musayeva (musavat.com) qazanıblar.
Yazılar üzrə həvəsləndirici yerləri Elçin
Bayramlı ( Fins.az ) , Atif Eyvazov(Sabahinfo.az ), Günel Azadə (Xeberler.az), Fərman Nəbiyev (”Mingəçevir işıqları” qəzeti ) ,
Nərmin Elçinqızı (nerminelcin.wordpress.com ), Aytəkin Nəsirova(tezxeber.com), Fatimə İbrahimova (Olke.az) , Fərrux İlhamoğlu(Xeberler.az) qazanıblar.
Layihə çərçivəsində Sosial mediadan effektiv istifadə istiqaməti üzrə də müsabiqə keçirilib.
# ehokumət həçtəqi üzrə sosial mediada keçirilən yarışmada 1-ci yeri Sevil Rəsulzadə, 2-ci yeri Nüsrət Zeynalov və 3-cü yeri Ramin İlyasov qazanıb.
#etehsil həştəqi üzrə sosial mediada keçirilən yarışmada qalib Elmin Bayramlı olub.
Bu istiqamət üzrə də həvəsləndirici mükafatlar verilib.
Bütün qaliblərə və fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim
edilib.
Layihə
çərçivəsində eyni zamanda jurnalistlərin professional hazırlığına kömək məqsədilə
bir həftəlik Təlimlər keçirilib.
Təlimləri 25 nəfər jurnalist uğurla başa vurub. Təlimləri yeni media və İT sahəsində tanınmış mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ulduz Xəlilova , XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov və Elektron Hökumət Portalının əməkdaşı Qədir Rəhimov və İT ekspert Rəcəb Davudov aparıblar.
Bu gün keçirilən Təqdimat mərasimində Təlimləri uğurla başa vuranlara Sertifikatlar da verilib.
Qaliblərin mükafatlandırılması mərasimində, hədiyyələrin və diplomların təqdim edilməsində RYTN –nin əməkdaşı Kamal Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Azər Həsrət, Nar Mobile-in rəsmi nümayəndəsi Nigar Arpadarai, VXSİ Dövlət Agentliyinin nümayəndəsi, Media ekspertlər Ələsgər Məmmədli, Seymur Kazımov, Azər Nəzərov, İT ekspert Rəşad Əliyev, JUHİ rəhbəri Müşviq Ələsgərli, Yeni Media İctimai birliyinin rəhbəri Xaqani Səfəroğlu, AMEA İT İnstitutunun şöbə müdiri Rasim Mahmudov, Khazar Ventures və NETTRENDS şirkətlərinin rəhbərləri Məmməd Kərimov və Elşad Yusifli və digərləri iştirak edib və çıxış ediblər.
Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.
Layihəni RYTN , Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə Multimedia Mərkəzi həyata keçirilib. GoldenPay şirkəti də layihənin dəstəklənməsində iştirak edib.
Layihə çərçivəsində təşkil olunan Təlimlər AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq şəraitində keçirilib.
Təqdimat mərasimindən hazırlanan fotolar : https://www.facebook.com/media/set/?set=a.885337971506335.1073741835.445789375461199&type=1
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri