Gələcəkdə Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində ödəniş terminallarının quraşdırılması nəzərdə tutulur.
Nazirliyin mətbuat xidmətindən Xeberler.az-a bildirilib ki, bununla bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır. Hazırda isə vergi ödəyiciləri hesabatlarını xidmət mərkəzlərində təqdim edə bilir, burada göstərdikləri vergiləri isə banklar vasitəsilə ödəyirlər.
Digər yenilik isə “onlayn növbə” xidmətinin istifadəyə verilməsi olacaq. Artıq bu xidmətin layihəsi hazırlanıb və aidiyyəti şirkətlərlə danışıqlar aparılır.
Nazirliyin www.taxes.gov.az internet səhifəsində “onlayn növbə” xidməti yer alacaq.
Vergi ödəyiciləri mərkəzə gəlməzdən əvvəl onlayn növbəyə dura biləcəklər. Burada isə onlara verilən müvafiq kodu terminala daxil etməklə müraciət etdikləri xidmətlə bağlı təmsilçinin masasına yaxınlaşacaqlar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri