OpenAI, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gücü 5 giqavat olan nəhəng məlumat mərkəzi kompleksinin yaradılmasında əsas tərəfdaşlardan biri olacaq. Layihənin miqyası o qədər böyükdür ki, inşa olunacaq ərazi Monako knyazlığından belə böyük olacaq – təxminən 26 kvadrat kilometr.
Xeberler.az bildirir ki, bu barədə Bloomberg-in yeni hesabatında qeyd edilib.
Bu infrastruktur layihəsi “Stargate” (Ulduz Qapısı) adlı qlobal təşəbbüsün bir hissəsidir. Layihə çərçivəsində OpenAI, SoftBank və Oracle dünyanın müxtəlif yerlərində süni intellektə dəstək üçün yüksək performanslı çiplərlə təchiz edilmiş iri həcmli məlumat mərkəzləri qurmağı planlaşdırır. Əbu-Dabidəki mərkəz OpenAI-nin Texas ştatının Abilene şəhərində tikilməkdə olan və gücü 1.2 giqavat olan ilk “Stargate” kampusunu da geridə qoyaraq, dörd dəfə daha güclü olacaq.
Layihə G42 adlı Əbu-Dabidə yerləşən texnoloji holdinqlə birgə həyata keçirilir. Bu tərəfdaşlıq 2023-cü ildən başlayaraq OpenAI-nin Yaxın Şərqdə süni intellektin tətbiqini sürətləndirmək məqsədilə G42 ilə qurduğu əlaqələrin davamıdır. Həmin il Əbu-Dabidə keçirilən çıxışında OpenAI-nin baş direktoru Sem Altman BƏƏ-ni “süni intellekt hələ dəbdə deyilsə də, bu sahəyə önəm verən ölkə” kimi tərifləmişdi.
Lakin bu əməkdaşlıq ABŞ rəsmiləri arasında narahatlıq doğurub. Səbəb isə G42 şirkətinin keçmişdə Çinlə əlaqəli olan Huawei və Beijing Genomics Institute kimi qara siyahıya salınmış qurumlarla münasibətləri olub. ABŞ-ın təzyiqlərindən sonra G42-nin rəhbəri 2024-cü ilin əvvəlində Bloomberg-ə açıqlamasında Çinlə bağlı bütün sərmayələrin artıq dayandırıldığını və şirkətin Çində fiziki varlığının olmadığını bildirib.
Buna baxmayaraq, regionda maraqları olan Microsoft 2024-cü ildə G42-yə 1.5 milyard dollarlıq sərmayə yatırdığını və şirkətin idarə heyətinə öz prezidentini daxil etdiyini elan edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları