Azərbaycan Texniki Universitetində (AzTU) “Bitget Hackaton – Startap” müsabiqəsinin yekun mərhələsi keçirilib. Müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrindən ibarət komandaların “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsi təqdim edilib. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirilib.
Xeberler.az bildirir ki, layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirilib.
Gərgin rəqabət və yüksək səviyyəli təqdimatlar nəticəsində qalib komandalar müəyyənləşdirilib və ümumi 3.000 ABŞ dolları məbləğində mükafat (1-ci yer 1.500$, 2-ci yer 1.000$, 3-cü yer 500$) qaliblərə təqdim olunub. Nəticələrə görə, 1-ci yerə AzTU, 2-ci yerə BMU, 3-cü yerə isə AzTU komandası lazyiq görülüb.
Tədbirin təşkilatçıları olan AzTU və “Bitget” platforması bu hakaton vasitəsilə Azərbaycanda startap ekosistemi və rəqəmsal texnologiyaların inkişafına dəstəyini nümayiş etdirib. Bu cür təşəbbüslər gənclərin texnoloji biliklərini yalnız nəzəriyyədə deyil, real layihələr və biznesyönümlü məhsullara inteqrasiya edilməsinə imkan yaradır. Belə tədbirlər gənclərin teorik biliklərini real texnoloji layihələrə çevirməsi, komanda ruhu formalaşdırması və qlobal texnologiya sektoruna çıxması üçün zəruri zəmin yaradır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları