Previous Next
Bağla

"Openwave” Açıq İnnovasiya Hakatonu keçirilib

12-06-2026 19:40
"Openwave” Açıq İnnovasiya Hakatonu keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Openwave” Açıq İnnovasiya Hakatonu uğurla başa çatıb.

“Openwave” gənclərin texnologiya və sahibkarlıq bacarıqlarının gücləndirilməsi, eləcə də dövlət qurumları ilə gənc innovatorlar arasında əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə keçirilib. Hakaton dövlət qurumlarında innovasiya mühitinin inkişafını və bu prosesdə startapların, fərdi istedadların potensialından birgə istifadəni təşviq edib.

Hakaton çərçivəsində seçilmiş 15 komanda Nərimanov rayonunda idarəetmənin optimallaşdırılması istiqamətində rəqəmsal həllər və işlək prototiplər təqdim ediblər. İştirakçılar onlara verilmiş aktual mövzular üzrə layihələr işləyərək, real ictimai məsələlərin həllinə yönəlmiş və aidiyyəti qurumların işini asanlaşdıracaq mexanizmlər təklif ediblər.

Layihələr əsasən ərazi idarəetməsində hesabatlılığın rəqəmsallaşdırılması, vətəndaşlarla operativ ünsiyyət mexanizmlərinin təkmilləşdirilməsi və infrastruktur problemlərinin avtomatlaşdırılmış qeydiyyatı kimi prioritet mövzuları əhatə edib.

Növbəti mərhələdə komandalar hazırladıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Yekunda 10 000 AZN mükafat fondu üzrə qaliblər müəyyən olunub:

• I yer (5000 AZN): “Digi Solution” komandası

• II yer (3000 AZN): “ExaMinds” komandası

• III yer (2000 AZN): “Conflict” komandası

Qeyd edək ki, qiymətləndirmə ideyanın aktuallığı, texniki icra səviyyəsi, innovativ yanaşma və istifadəçi təcrübəsi meyarları əsasında həyata keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Mastercard" “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib

22-11-2024

10 000 Manat mükafatla "Openwave" hakatonuna start verilir

12-05-2026

Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

08-12-2025

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025

“Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” keçirilib

27-03-2026

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

"Aquahack" hakatonunun qalibləri müəyyənləşib

07-07-2020

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

05-06-2024

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb

05-10-2024

“EduHack” hakatonu başa çatıb

03-08-2020

Azərbaycan AgroX innovasiya proqramına start verir

19-06-2019

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026

“Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu keçirilib

28-04-2026

“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

30-07-2020

“Sənaye 4.0: Hakaton 2025” tədbiri keçirilib

22-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə