Previous Next
Bağla

Osman Gündüz: Kənd Təsərrüfatı Nazirliyi süni intellekt tətbiq edəcək

04-02-2025 15:01
Osman Gündüz: Kənd Təsərrüfatı Nazirliyi süni intellekt tətbiq edəcək
"Süni intellekt əsaslı modellər hazırlayan qurumlarımıza daha birisi əlavə olunub. Kənd Təsərrüfatı Nazirliyimiz də süni intellekt əsaslı həllər hazırlamağı hədəfləyib. Nazirlik McKinsey & Company (Azerbaıjan) şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb. Müqavilə bir mənbədən satınalma metodu əsasında imzalanıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, layihə haqqında geniş məlumat verilməyib:
 
"Bildiyim qədər Nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib.
 
Düşünmək olar ki, süni intellektlə Yerin müşahidəsi peyklərinin çəkdiyi görüntüləri analiz edərək kənd təsərrüfatı sahələrində məhsul vəziyyətini və gözlənilən məhsuldarlığı təyin etmək, monitorinqlər aparmaq, iqlim dəyişikliklərini nəzərə alaraq məhsuldarlıq proqnozlaşdırmaq, Aİ modellər hazırlamaq və s. nəzərdə tutulub".
 
Maraqlıdır ki yetərli data olmadığı bir halda bu tip modellər necə yaradılacaq?
 
Osman Gündüzün sözlərinə görə, təəssüf ki, layihə haqqında heç bir əlavə məlumat tapmaq mümkün deyil:
 
"Görünür ki, ölkədə süni intellektin inkişafına cavabdeh olan qurumların da bu layihə haqqında məıumatları yoxdur. Onların da açıqlamalarda bu haqda heç bir məlumata rast gəlmək mümkün deyil".
 
Ekspert qeyd edib ki, hazırda diqqət cəlb edən məsələlərdən birisi odur ki süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir:
 
"Ölkəmizdə İqtisadiyyat Nazirliyi tərəfindən süni intellekt ekosistemin inkişafı üçün böyük bir Superkompüter Mərkəzi qurulur. Hamının bəhrələnməsi nəzərdə tutulub. Amma hamının, maraqlı tərəflərin, startap və innovasiya ekosistemin, elm və təhsil sektorunun, biznes və dövlət qurumlarının bu infrastrukturdan istifadəsini təşkil edəcək mexanizmlər, kordinasiya hələlik gözə dəymir. Superkompüter Mərkəzindən hamının effektiv istifadəsi üçün indidən münbit şərait yaradılması vacibdir.
 
Ümumiyyətlə isə, Kənd Təsəsrrüfatı Nazirliyində əvvəllər daha çox ictimai müzakirələr təşkil olunardı, maraqlı tərəflər cəlb olunardı və rəqəmsal transformasiya məsələləri müzakirə olunardı".
 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019

Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

01-10-2025

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

Kənd Təsərrüfatı Nazirliyinin saytı yenilənib

30-10-2015

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025

Nazirlik məhsulların qiymətini elektron formada açıqlayacaq

04-06-2015

Elektron müraciət əsasında torpaqların təyinatını dəyişdirmək mümkün olacaq

16-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə