Qafqaz Universiteti (QU) Tempus ENOTES (Azərbaycan universitetlərində ECDL mərkəzlərinin qurulması) layihəsini həyata keçirərək, İT sahəsində günümüzün tələbələrinə cavab verən bilikləri ötürən mərkəzlərini qurur və bu bilikləri mənimsənildiyinin göstəricisi olan ECDL beynəlxalq sertifikatını təqdim edir.
Universitetin mətbuat xidmətindən Xeberler.az-a bildirilib ki, layihə ilə bağlı olaraq QU-nun və layihənin Azərbaycandan tərəfdaş universitetlərinin nümayəndələrindən ibarət heyət Polşanın Buzqo şəhərində yerləşən Elm və Texnologiya Universitetinə (UTP) səfər ediblər. UTP-nin nəzdində olan Regional İnnovasiyalar Mərkəzində UTP-nin rəhbərliyi, ECDL mərkəzinin nümayəndələri, beynəlxalq əlaqələr, İT, dizayn və fakültə heyəti ilə görüşlər keçirilərək müzakirələr aparılıb.
Daha sonra heyət universitetin İT, mexanika, dizayn laboratoriyaları və texnoparkı, eləcə də dəmir yolu vaqonları istehsal edən PESA şirkətində istehsalatla tanış olublar. Həmçinin Buzqo şəhərinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Polşanın Azərbaycanla əməkdaşlıq etmək arzusu vurğulanıb, bu qəbildən olan layihələrin dəstəklənməsinin vacibliyi önə çəkilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları