İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025 / 15:06

Mərkəzi Asiyanın ən güclü superkompüteri Qazaxıstandadır.

Xeberler.az bildirir ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti məlumat verib.

Onun məhsuldarlığı təxminən 2 exaflops ( saniyədə 1 kvintilyon riyazi əməliyyat) təşkil edir.

Bu, Mərkəzi Asiya regionunun tarixində ilk superkompüter klasteridir. O, xüsusi olaraq süni intellekt və yüksək məhsuldarlıqlı hesablama tapşırıqları üçün hazırlanmış ən yeni NVIDIA H200 qrafik çipləri əsasında qurulub.

Superkompüterin işə salınması quraşdırılması, fasiləsiz stabil fəaliyyətin təmin olunması məqsədilə Tier III etibarlılıq səviyyəsinə malik Nazirliyin -ın yeni məlumat mərkəzində həyata keçiriləcək. Bu layihənin işə düşməsi Prezidentin milli rəqəmsal infrastrukturun yaradılması süni intellekt (AI) ekosisteminin inkişafı ilə bağlı mesajının reallaşdırılması baxımından da mühüm addımdır. Təşəbbüs ölkənin bütöv rəqəmsal ekosisteminin inkişafına yönəlib.

Vacib məqam ondan ibarətdir ki, superkompüterin resursları hamı üçün əlçatan olacaq. Neyron şəbəkələrin təlimi üçün hesablama gücünə ehtiyacı olan startaplar, fundamental tətbiqi tədqiqatlar aparan universitetlər, elmi mərkəzlər biznes proseslərinə süni intellekt tətbiq edən şirkətlər bu resurslardan istifadə edə biləcəklər.

Superkompüterin tədarükü Qazaxıstanda yüksək məhsuldarlıqlı hesablamalar ekosisteminin inkişafına yol açdı. Xüsusi qeyd etmək lazımdır ki, bu tədarük çərçivəsində Qazaxıstan ilk dəfə olaraq yüksək texnoloji avadanlığın gömrük rüsumları ƏDV-dən azad şəkildə idxalı mexanizmini qurub. Bu isə ölkəni beynəlxalq IT şirkətləri məlumat mərkəzi operatorları üçün daha cəlbedici edir.

Xatırladaq ki, Əbu-Dabinin vəliəhdi Şeyx Xaled bin Məhəmməd bin Zayed Əl Nahayyanın Qazaxıstana rəsmi səfəri zamanı Astanada Presight (G42) şirkətinin xarici ofisinin təntənəli açılışı baş tutmuşdu. Səfər çərçivəsində Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar Aerokosmik Sənaye Nazirliyi ilə Presight şirkəti arasında Qazaxıstanda superkompüter klasterinin yaradılması ilə bağlı saziş imzalanmışdı.

Bu, ölkənin rəqəmsal infrastrukturunun qurulması istiqamətində strateji əhəmiyyətə malik addımdır. Bu addım Qazaxıstanın rəqəmsal suverenliyini möhkəmləndirəcək, süni intellekt texnologiyalarının inkişafı qlobal IT oyunçularının cəlb edilməsi baxımından regionda lider mövqeyini gücləndirəcək”, – deyə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar Aerokosmik Sənaye naziri Jaslan Madiyev bildirib.

Layihə 2029-cu ilə qədər süni intellektin inkişafı konsepsiyasının praktik reallaşdırılmasının mühüm elementi Qazaxıstanın müasir IT infrastrukturunun formalaşdırılmasında əsas mərhələlərdən biridir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə