Previous Next
Bağla

Radioyayıma ayrılan 13.7 milyon manat necə xərclənəcək?

26-07-2023 15:29
Radioyayıma ayrılan 13.7 milyon manat necə xərclənəcək?
Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün 13.7 milyon vəsait ayrılıb.
 
Xatırlayıram ki, ötən il RİNN bununla bağlı hökumətə təkliflər vermişdi. Audiovizual Şuranın da bu istiqamətdə təşəbbüsləri vardı. Dərhal qeyd edim ki, RİNN tərəfindən ölkənin informasiya fəzasının qorunması istiqamətində səyləri, təkliflərin dəstəklənməsinə nail olması və ona müvafiq resurslar əldə etməsi təqdirəlayiqdir.
 
Bildiyim qədər ayrılan vəsait çərçivəsində qeyd olunan təkliflərə uyğun olaraq bütün Azərbaycan ərazisində 120 yeni FM radioyayım stansiyasının quraşdırılması, milli radio proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması nəzərdə tutulub.
 
Gözləmək olar ki yalnız Bakıda əlçatan olan radiolar artıq bütün ölkə üzrə yayımlanacaq. Güman ki, layihəni hələlik yayım infrastrukturu sahəsində inhisarçı qurum olan Teleradio İstehsalart Birliyi icra edəcək, Dövlət Radiotezliklər İdarəsi yeni tezlik resursları ayıracaq. Düşünürəm ki, bu layihə, indiki şəraitdə vətəndaşlarımıza bütün ölkə ərazisində daha çox və keyfiyyətli radio yayımı qəbul etmə imkanının yaradılması baxımından əhəmiyyətli bir addımdır.
 
Xüsusən də, sərhəd regionlarında yaşayanlar üçün yerli radio kanallarına da əlçatanlıq təmin ediləcək. Eyni zamanda bununla da yerli radio yayım şirkətlərinin rəqabətliliyi və dayanıqlılığı da güclənəcək. Bununla belə, fikrimcə burada incə bir məqam da var.
 
Ayrılan dövlət resursu ölkədə FM şəbəkəsinin genişləndirilməsini nəzərdə tutub.
100 yaşı olan bu texnologiya isə getdikcə köhnəlir və qocalır. Müşahidələr göstərir ki, dünyada FM radio üzərindən informasiya ötürülməsi getdikcə səngiyir. İnsanlar da getdikcə bu texnologiyadan uzaqlaşırlar, multimediaya, sosial mediaya, interaktivliyə, internet kanallara meyl edirlər. Odur ki, yalnız avtomobillərdə olan FM-in də yerini DAB (Digital Audio Broadcasting ) texnologiyası, rəqəmsal radio yayım tutur. Xatırlayıram ki, Azərbaycanda da rəqəmsal radio yayımın test edilməsi işləri aparılırdı. Burada ciddi problem son istifadəçi üçün bu tip texnologiya ilə işləyəbək qəbuledici avadanlığın əldə edilməsidir.
 
Bildiyim qədər RİNN rəqəmsal radioyayıma, DAB texnologiyasına keçidlə bağlı Tədbirlər Planını da hökumətə təqdim edib. Düşünürəm ki, 5-6 ildən sonra DAB -a tələbat xeyli yüksələcək. Bu texnologiya ilə bir tezlik resursunda bir neçə radio kanalın daha keyfiyyətli yayımı mümkün olduğundan tezliklərdən daha effektiv istifadəyə də imkan verəcək. Odur ki, qarşıdakı illərdə investisiyaların məhz bu istiqamətdə yatırımı doğru olardı.
 
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qanunsuz radio yayımlarının qarşısı alınacaqmı?

28-07-2023

Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?

13-12-2024

Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

13-10-2023

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

11-12-2024

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

26-04-2024

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11-12-2024

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

Azərbaycan və Gürcüstan rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib

01-10-2024

Rəqəmsal yayıma keçidlə bağlı radio yayımçılarına subsidiyalar veriləcək

15-01-2025

10 saat teleradio yayımının dayandırılması yolverilməzdir - ekspert

11-06-2018

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyasıları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

11-09-2024

Azərbaycanda yeni radio açılır

24-01-2024

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Rəqəmsal radioyayıma keçid üçün tələb olunan vəsaitin həcmi açıqlanıb

24-10-2023

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

30-08-2024

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə