Previous Next
Bağla

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025 16:22
Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi süni intellekt biliklərinin genişləndirilməsi məqsədilə “Süni intellekt savadlılığı” proqramının icrasına başlayıb. Proqram, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasına və süni intellektdən məsuliyyətli istifadənin təşviqinə xidmət edir.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqramın ilk mərhələsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Şuşa regional “ASAN xidmət” mərkəzinin əməkdaşları, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, həmçinin “Şuşa Hotel”in əməkdaşları və könüllü müraciət edən əməkdaşlar üçün praktiki süni intellekt təlimləri 4 fərqli qrup üzrə təşkil olunub. Təlimlərdə 100-dən artıq iştirakçı iştirak edib.

Təlimlər zamanı iştirakçılara süni intellektin gündəlik fəaliyyətlərdə tətbiqi, iş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və müasir rəqəmsal bacarıqların inkişafı ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

Proqram “İnnovasiyalar Mərkəzi” ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində icra olunur. Bu əməkdaşlıq nəticəsində Bakıda AI Zone təlim mühiti yaradılıb və indiyədək 30 qrup üzrə 1000-dən çox vətəndaşa süni intellekt üzrə praktiki təlimlər keçirilib. Həmin təcrübə hazırda regionlarda da tətbiq edilərək süni intellekt savadlılığının artırılmasına yönəldilir.

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Süni intellekt savadlılığı” proqramı növbəti mərhələlərdə ölkənin digər regionlarını da əhatə edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Dövlət sektorunun ilk 100 nümayəndəsi süni intellekt üzrə təlimi başa vurub

17-03-2026

ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb

06-10-2025

“Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24-02-2026

Qırğızıstanda Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

14-10-2024

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026

Qazaxıstanın dövlət qulluqçuları ASAN Xidmət təcrübəsini öyrənirlər

15-05-2026

Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

20-11-2025

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq

22-11-2019

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

"ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək

04-04-2025

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahanı yekunlaşıb

24-04-2026

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə