“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025 / 18:50

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə həyata keçirilən “Rəhbərlər üçün Rəqəmsal Akademiya” proqramının növbəti sessiyası Berlində təşkil edilib.

Xeberler.az məlumat verir ki, 13 dövlət qurumundan rəhbər şəxslər Almaniya və Danimarkanın hökumət sektorlarında rəqəmsal transformasiya təcrübəsi ilə tanış olub, aparıcı ekspertlərlə fikir mübadiləsi aparıblar.

Təlim çərçivəsində “Hertie School”un Rəqəmsal İdarəetmə Mərkəzinin rəhbəri Gerhard Hammerşmit Almaniyanın rəqəmsallaşma strategiyalarını təqdim edib. Həmçinin Danimarkanın rəqəmsal idarəçilik modeli və Almaniyanın rəqəmsal siyasəti müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Almaniya Rəqəmsal və Nəqliyyat Federal Nazirliyində rəqəmsal transformasiya həlləri ilə tanış olub. Həmçinin Almaniya Federal Kanslerlik nümayəndələri ilə rəqəmsal siyasət üzrə görüşlər keçirilib.

Agentlik nümayəndələri Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi qəbulda ölkəmizin səfiri Nəsimi Ağayevlə rəqəmsallaşmanın önəmi və əməkdaşlıq imkanlarını müzakirə ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə